
LG V20 smartfonunun fotoları sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
ABŞ-da fəaliyyət göstərən "Petra.com” internet mağazası hələ satışa çıxmayan LG V20 smartfonunun fotolarını təqdim edib.

Təqdim olunmuş fotolarda smartfon şəffaf keysdə əks
olunmuşdur. Keys cihazın dizaynını yaxından incələməyə imkan verməsə də onun
haqqında bəzi xüsusiyyətləri demək olar. "Technote.az”ın "Hi-tech.mail.ru” saytına
istinadən verdiyi xəbərə əsasən LG V20 metal korpusa və dairəvi künclərə sahib
olacaq. LG V10-da olduğu kimi yeni modelin də əas ekranının üzərində əlavə bir
ekran olacaq. LG G5-dən isə yeni cihaz ikili arxa kamera xüsusiyyətini özünə
götürəcək. Smartfonun tam texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz.
- 2560x1440 piksel keyfiyyətli 5.7 inç ekran
- 2.2 GHz tezlikli 4 nüvəli Qualcomm 820 və ya 821
- 4GB RAM
- 21MP ikili arxa və 8MP ikili ön kamera
- Android 7.0 Nougat əməliyyat sistemi
"LG” şirkəti artıq LG V20-nin 6 Sentyabr tarixində San
Fransiskoda təqdim olunacağını təsdiqləyib. Qeyd edək ki, LG V20 Android 7.0
Nougat əməliyyat sistemi üzərində çalışacaq ilk smartfon olacaq.
Linki kopyala
Həftənin xəbərləri

