main-post-cover

    Li-Fi texnologiyası interneti 100 dəfə sürətləndirəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    20 ildən çoxdur ki, həyatımızda olan Wi-Fi texnologiyasından 100 dəfə daha sürətli məlumat transferi də bilən yeni proyekt Li-Fi mərkəzi Estoniyada olan Velmenni şirkəti tərəfindən ilk dəfə laboratoriya kənarına çıxarıldı. Edinburgh Universiteti’ndən Harald Haas tərəfindən 2011-ci ildə yaradılan bu yeni texnologiya işıq üzərindən VLC(Visible Light Connection) istifadə edərək məlumat ötürür. LiFi proyekti laboratoriya şəraitində saniyədə 224 GB kimi bir sürətə çata bilmişdi.
    Haas sadəcə bir yanıb sönən LED ilə bir baza stansiyasından daha çox məlumatı ötürə biləcəyini göstərdi. LiFi texnologiyası gözün görə bilməyəcəyi sürətlə yanıb sönən LED'lər istifadə edərək mors əlifbasına bənzər bir prinsiplə işləyir.

    Li-Fi’ın test müddətindəki sürətinə baxarsaq saniyədə 1,5 GB ölçüsündə 18 film endirmək mümkün olacaq. Velmenni şirkətinin CEO’su Deepak Solanki açıqlamalarında "VLC’yi bir çox fərqli pilot proyektlərdə sınaqdan keçiririk. Hal hazırda sənaye şəraitində test edilən proyektdə işıqla məlumat transferi etmək üçün bütün ağıllı sistemləri dizayn etmişik. Başqa müştərimiz üçün ofis şəraitində istifadə edəcəyi proyekt hazırlayırıq." deyə bildirib.

    Hal hazırda istifadə etdiyimiz Wi-Fi texnologiyasının qısa müddətdə Li-Fi’la əvəz olunması indiki dövrdə mümkün deyil. Amma ikisinin birlikdə performans göstərə bilməsi gündəmə gələ bilər. Bununla bağlı CEO "hal hazırda mövcud olan sistemlərdə Li-Fi texnologiyasını istifadə etmək mümkün deyil, amma bir yolunu tapıb onları bir birinə inteqrasiya etməliyik." deyə vurğulayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər