
Liderliyi kim ələ alacaq: Uber vs. Deliveroo
Texnologiya
07.05.2017
Farid Pardashunas
Yemək
sifarişində Postmates modeli istifadə edən və keçən il 70 milyon investisiya
almağı bacaran Deliveroo.com, 275 milyon dollarlıq yeni investisiya ilə Uber-ə
qarşı güclü rəqib ola biləcəyini göstərib. Qısaca nəzər salsaq, Deliveroo
2013-cü ildə Londonda restoranlardan sifariş gətirməklə iş dünyasına ilk addımını
atmışdı. Aldığı investisiyanın miqdarını 95 milyon dollara qədər çatdıran şirkət keçən ay verdiyi açıqlamada 2016-cı ildə 130 milyon sterlinq gəlir əldə
etməyi hədəflədiyini açıqlayıb. Yeni investisiya almaqla şirkətdə işlərin
normal getdiyini və investorların etibarını qazandığı demək mümkündür. 275
milyon dollar aldıqdan sonra Deliveroo-nun Uberə rəqib olma ehtimalı gözdən
qaçmır. Bridgepoint-in liderlik etdiyi investisiyaçılar siyahısına nəzər salsaq
qoyulan ümumi məbləğin 475 milyon dollara qədər yüksəldiyini əminliklə demək
olar. Qeyd edək ki, investorlar siyahısında DST
Global, General Catalyst, Greenoaks Capital kimi şirkətlər də yer almaqdadır.
Yenilik
və rəqabət
Edilən
açıqlamalara görə yeni investisiya şirkətin daha da böyüməsinə və yeni bazara
çıxışına sərf olunacaq. Hal-hazırda 84 şəhərdə fəaliyyət göstərən Deliveroo, B2B uzaqdan mətbəxt xidməti RooBox-a investisiya qoymağa davam edəcək. Hələ ki,
investor sıxıntısı olmayan Deliveroonun bazarda Uber Eats və Delivery Hero kimi
rəqibləri olduğu da inkar edilməzdir. Daha əvvəl çatdırılma/logistikada yenilik
edəcəklərini deyən şirkətin CEO-su Will Shu, RooBox-u restoranların ciddi
problemlərini həll etmədə ilklərdən olduğunu və bənzər innovasiya
yeniliklərinin olacağını da bildirib. Deliveroo-nun bir başqa yeniliyi
Birləşmiş Krallıqda içki xidmətinə də başlaması olmuşdu. Mütəxəssislər
Deliveroo-nun bu templə inkişafını nəzərə alaraq Uber-in gələcəkdə bu şirkəti
alma istəyinin olacağı ehtimalını irəli sürüblər. Digər tərəfdən Uber-in Çin
bazarından çıxması Deliveroo-nu alması üçün qurulmuş strategiya ola biləcəyi fikrini
də ortaya atır. Verilən məlumatlara görə noyabr ayında Deliveroo daha çox kar
əldə etməyə nail ola bilib və 29 yeni şəhər, 9000 yeni restoran və 6500 yeni
sürücü ilə çalışmağa başlayıb.
Linki kopyala
Həftənin xəbərləri

