Reklam
Liderliyi kim ələ alacaq: Uber vs. Deliveroo

Liderliyi kim ələ alacaq: Uber vs. Deliveroo

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Yemək sifarişində Postmates modeli istifadə edən və keçən il 70 milyon investisiya almağı bacaran Deliveroo.com, 275 milyon dollarlıq yeni investisiya ilə Uber-ə qarşı güclü rəqib ola biləcəyini göstərib. Qısaca nəzər salsaq, Deliveroo 2013-cü ildə Londonda restoranlardan sifariş gətirməklə iş dünyasına ilk addımını atmışdı. Aldığı investisiyanın miqdarını 95 milyon dollara qədər çatdıran şirkət keçən ay verdiyi açıqlamada 2016-cı ildə 130 milyon sterlinq gəlir əldə etməyi hədəflədiyini açıqlayıb. Yeni investisiya almaqla şirkətdə işlərin normal getdiyini və investorların etibarını qazandığı demək mümkündür. 275 milyon dollar aldıqdan sonra Deliveroo-nun Uberə rəqib olma ehtimalı gözdən qaçmır. Bridgepoint-in liderlik etdiyi investisiyaçılar siyahısına nəzər salsaq qoyulan ümumi məbləğin 475 milyon dollara qədər yüksəldiyini əminliklə demək olar. Qeyd edək ki, investorlar siyahısında DST Global, General Catalyst, Greenoaks Capital kimi şirkətlər də yer almaqdadır.


Yenilik və rəqabət

Edilən açıqlamalara görə yeni investisiya şirkətin daha da böyüməsinə və yeni bazara çıxışına sərf olunacaq. Hal-hazırda 84 şəhərdə fəaliyyət göstərən Deliveroo, B2B uzaqdan mətbəxt xidməti RooBox-a investisiya qoymağa davam edəcək. Hələ ki, investor sıxıntısı olmayan Deliveroonun bazarda Uber EatsDelivery Hero kimi rəqibləri olduğu da inkar edilməzdir. Daha əvvəl çatdırılma/logistikada yenilik edəcəklərini deyən şirkətin CEO-su Will Shu, RooBox-u restoranların ciddi problemlərini həll etmədə ilklərdən olduğunu və bənzər innovasiya yeniliklərinin olacağını da bildirib. Deliveroo-nun bir başqa yeniliyi Birləşmiş Krallıqda içki xidmətinə də başlaması olmuşdu. Mütəxəssislər Deliveroo-nun bu templə inkişafını nəzərə alaraq Uber-in gələcəkdə bu şirkəti alma istəyinin olacağı ehtimalını irəli sürüblər. Digər tərəfdən Uber-in Çin bazarından çıxması Deliveroo-nu alması üçün qurulmuş strategiya ola biləcəyi fikrini də ortaya atır. Verilən məlumatlara görə noyabr ayında Deliveroo daha çox kar əldə etməyə nail ola bilib və 29 yeni şəhər, 9000 yeni restoran və 6500 yeni sürücü ilə çalışmağa başlayıb.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×