main-post-cover

    Lilium Jet adlı elektrikli təyyarənin ilk uçuş testi keçirildi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Almaniyanın Lilium adlı startapı, şaquli qalxış və enişli elektrikli təyyarəsinin ilk uçuş testini keçirdib.

    Uzaqdan idarə olunan Lilium Jet adlı təyyarə, havaya vertolyot kimi qalxaraq aerodinamik uçuş rejiminə keçib və şaquli şəkildə yerə eniş edib. Lilium Jet uçuş aparatının ilk uçuş testi Münhendə keçirilib. Test zamanı Lilium Jet, dronlarda və vertolyotlarda olduğu kimi havaya qalxıb və adi təyyarələrdə olduğu kimi qanadlarının qaldırıcı gücü vasitəsilə aerodinamik uçuş rejiminə keçid edib. Sözügedən cihaz, 36 elektromühərrik ilə təchiz olunub və onlar qanadlar boyunca əyilmiş qalxanların alt hissəsində yerləşir. Şaquli uçuş zamanı qalxanlar aşağı doğru əyilir, aerodinamik rejim zamanı isə üfüqi istiqamətə keçirlər. Startap əməkdaşları qeyd ediblər ki, aparatın enerji mənbəyi digər analoqlardan fərqli olaraq 90% daha az enerji sərf edir. 1 km məsafəyə Lilium Jet, elektrikli avtomobilin sərf etdiyi enerjini sərf edir. Lakin fərq ondan ibarətdir ki, Lilium Jet daha sürətlidir. Startap, tıxacların çox olduğu şəhərlərdə 5 nəfərlik elektrik təyyarəsini taksi kimi fəaliyyətə salmağı planlaşdırır. Uçan taksileri xüsusi mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq. Bu zaman sözügedən elektrikli hava taksiləri, şəhərlərdə olan vertolyot sahələrindən qalxacaqlar. Məsələn Nyu York şəhərini misal gətirsək, Manhettendən John Kennedy adına hava limanına bu aparatla yolu qət etmək üçün 5 dəqiqəvaxt lazım olacaq. Gediş haqqı isə 6$ təşkil edəcək. Təhlükəli və gözlənilməz anlarda sərnişinlər paraşütlərdən istifadə edə biləcəklər. Bundan əlavə olaraq pilotun təhlküəli manevrlər etməsini əngəlləyəcək xüsusi sistem də fəaliyyət göstərəcək. Keçən ilin sonunda startap, "Atomico” adlı vençur şirkətindən və digər investorlardan 10 milyon avro investisiya cəlb etmişdi. Bu vəsait, komandanın genişləndirilməsinə və mühəndislər üçün xərclənəcək.
     
    Linki kopyala