main-post-cover

    “LinkedIn”in saytına aid 55 min hesabın məlumatları oğurlandı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    İnternet dünyasının ən böyük problemi olan kiber hücumlar dayanmır. Keçdiyimiz günlərdə 2013-cü ildə reallaşdrılan bir hücumun nəticəsi olaraq Yahoo-dan 1 milyardistifadəçinin hesablarının oğurlandığını xəbər vermişdik. Bugün isə iş dünyasının sosial şəbəkəsi sayılan LinkedIn-in onlayn təhsil saytı Lynda.com saytına yeni bir hücum reallaşdırıldı. Təbii ki, bu LinkedIn-in başına gələn ilk kiber hücum deyil. 2012-ci ildə 117 milyon istifadəçisinin məlumatlarını oğurlatdıran şirkət, bu dəfə isə nisbətən daha kiçik hücuma məruz qaldı. LinkedIn-in keçən il 1.5 milyard dollara satın aldığı və ümumi 9.5 milyon istifadəçiyə sahib olan Lynda.com-un təhlükəsizlik boşluğu səbəbi ilə 55 min istifadəçisinin məlumatları oğurlandı.
    Hücumdan sonra istifadəçiləri xəbərdar edən LinkedIn, təxminən 55 min istifadəçinin məlumatlarının oğurlandığını bildirdi. Oğurlanan bütün məlumatların şifrələnmiş olduğunu və bu məlumatları oxuya bilmənin mümkünsüz olduğunu bildirən LinkedIn, tədbir olaraq yenə də Lynda.com istifadəçilərinin şifrələrini dəyişdirmələrini istədi.
    LinkedIn, istifadəçi məlumatlarının internetə sızdırıldığına dair hər hansı bir sübutun olmadığını da bildirdi. Spesifik olaraq hansı hesabların oğurlandığına dair hərhansı bir məlumata da sahib olmayan LinkedIn, hücumda ələ keçirilən hesabların təhlükəsizliklərini qorumaq üçün işlədiklərini bildirdi.
    Linki kopyala