main-post-cover

    Litva, startapçıların viza alma prosesinin asanlaşdırılması proqramına start verdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Litva höküməti, startapçılar üçün asanlaşdırılmış viza proqramına start verib.

    Qeyd etmək lazımdır ki, bu qanun, keçən ilin Avqust ayında qəbul olunmuşdu. Sözügedən proqrama, Litvada biznes qurmaq istəyən gənc texnoloji startaplar dəvət olunur. Proqrama qoşulmaq istəyən startaplar, böyük biznes modelə sahib olmalı, biotexnoloji, nanotexnoloji, İT, elektronik və lazer texnologiyaları sahəsində fəaliyyət göstərməlidirlər. Tələb olunan özəlliklər arasında startaplara xarici investisiyaların olunması vacib deyil. Lakin əgər olunubsa bu müsbət göstəricidir. Müsabiqədən keçmiş startaplara, hökümət müəyyən müddət Litvada yaşamaq üçün viza əldə etmə prosesinin asanlaşdırılacağına təminat verir. Bundan əlavə olaraq startap rəhbərinin ailə üzvləri də bura daxildir. Sözügedən vizanın əldə olunması, startapa? Litva höküməti tərəfindən investisiya yatırılması demək deyil. Müsabiqədən keçmiş startap rəhbəri, vizanın əldə olunması üçün 114-228 avro civarında rüsum ödəməli olacaq. Sözügedən proqram haqqında daha ətraflı məlumatı almaq və ona qoşulmaq üçün bura daxil ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər