main-post-cover

    Lüks versiyalı iPhone-lar hansı qiymətə satılacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Brikk şirkəti sentyabr ayının əvvəlində təqdim olunacaq iPhone 7 smartfonunun lüks versiyaları üçün ön sifarişi aktiv edib.

    Technote.az-ın "hi-tech.mail.ru” mənbəsinə istinadən verdiyi xəbərə əsasən dəyərli metal və daş-qaşlarla bəzədilmiş iPhone 7 1.3 milyon dollar qiymətinə satılacaq. Zərgərlər korpusu 24 karatlıq sarı qızıl, 18 karatlıq çəhrayı qızıl və 950 əyarlıq platindən olan iPhone 7 modellərini təqdim edirlər. Dizaynı ümumi çəkisi 60 karat olan brilliantlarla bəzəmək olar. Korpusun tərzi Brikk şirkətinin baş dizayneri tərəfindən xüsusi olaraq hazırlanır. iPhone-nun bu cür versiyası 1.3 milyon dollara başa gələcək. Lakin qiyməti daha aşağı olan versiyalar da mövcud olacaq. Deməli Deluxe kolleksiyadada korpuslar sarı, çəhrayı qızıl və platindən hazırlanacaq. Qiymət isə eksklüziv versiyadan aşağı olacaq. Həmçinin Deluxe kolleksiyaya daxil olacaq smartfonların üzərinə 1.08 karatlıq brilliantlarla logo həkk etmək mümkün olacaq. Brikk şirkətinin təqdim edəcəyi iPhone 7 versiyalarından qiymət etibarı ilə ən əlverişliləri 4.295 dollardan  başlayacaq. Həmin modellər sarı, çəhrayı qızıl və brilliantlarla bəzədilmiş 10 fərqli rəngdə korpusa sahib olacaqlar. iPhone 7-nin lüks versiyaları oktyabr ayında satışa çıxacaq. Brikk-in verdiyi məlumata əsasən bütün iPhone-lar Apple A10 çipi və 3 GB-lıq RAM-la təchiz olunacaqlar. Bu fikir daha öncə smartfon barəsində yayılmış şaiyələrlə üst-üstə düşür. Hələki bu məsələdə şübhə yaradan kamera hissəsidir. Belə ki, Brikk şirkətinin saytındakı bütün iPhone modelləri ikili kameralara sahibdirlər. Lakin müxtəxəssislər bildirirlər ki, ikili kameralar yalnız iPhone 7 Pro versiyalarında olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər