main-post-cover

    Ölümcül Mars.

    07.05.2017
    Farid Pardashunas
    Cəmiyyət Marsa məskənləşmək barədə ciddi ciddi düşünməkdədir. Elmi tədqiqat tam sürəti ilə davam edir, məruzalar yazılır və raketlər hazırlanır. Bütün cəhdlərə baxmayaraq Marsa uçmaq hələ də təhlükəli və ölümcül olaraq qalır. Hal-hazırda bir neçə həlli olmayan təhlükələr varki onlar Marsın ilk sahiblərini yerindəcə öldürə bilərlər. Gəlin onlarla tanış olaq:

    Eniş – Marsın atmosferinin Yer kimi sıx olmamasını nəzərə alaraq demək olarki, paraşüt sizə kömək etməyəcək başqa bir yol axtarmaq lazımdır. Hal hazırda Marsa gəmi göndərmək və çəkisi 1 ton olan yükü əzmədən planetin səthinə endirmək mümkündür. Bu isə lazım olan minimum çəkidən 20 dəfə azdır. Hələki Marsın səthinə ilk insanları göndərməyə səy göstərən Mars One və SpaceX şirkətləri öz planlarını gizli olaraq saxlayırlar.
     
    Soyuq – Belə deyək Marsın şəraitini heçdə cənnət deyil və orta tempratur Selsi üzrə -62 dərəcədir. Təbii ki ekvatordan uzaqlaşdıqca bu tempratur dəyişir. Məsələn ekvator ətrafında tempratir -27 dərəcə olduğu halda, qütblərdə soyuqluq -175 dərəcəyə çatır. Alimlər ekstremal soyuqda yaşamaq üçün müxtəlif üsullar fikirləşsələrdə onların heç biri Marsın soyuğundan, havasız şəraitdə qorumağa bəs etmir.
    Aclıq – Marsa yemək ehtiyaclarını çatdırmaq üçün inanılmaz güc, pul və güc sərf etmək lazımdır. Ona görə də alimlər mini fermalar haqqında fikirləşirlər. Mars One proyektindən olan alimlər dünyaya bu problemin həll yolunu təklif ediblər. Onlar 80 m2 sahədə süni işıq, istilik və planetdən çıxarılacaq su ilə bütün lazımdı məhsulları yetişdirməyi təklif ediblər. Bu plan kağız üzərində ideal görünsədə əslində reallaşdırılması qeyri-mümkündür.
     
    Boğulma - Marsda yetişdiriləcək bitkilərdən təkcə yemək üçün yox fotosintez üçündə istifadə olunacağı planlaşdırılır. Amma kiçin sahədə həddindən artıq oksigen boğulmaya yaxud partlayışa gətirib çıxara bilər. Bunun baş verməməsi üçün artıq oksigeni həmin ərazidən çıxartmaq lazımdırki buda qeyri mümkündür. Çünki ilk növbədə oksigeni digər qazlardan ayırmaq lazımdır. Hal hazırda isə bu prossesini yerinə yetirə biləcək bir texnologiya yoxdur.
    Uçuş – Bütün yuxarıda göstərilən problemlər isə insanlar ancaq ora uçub sağ salamat enəcəkləri halda qarşılaşa bilərlər. Uçuşun özü isə ən böyük problemlərdən biridir. Kosmik gəmi kosmik tullantılarla toqquşa bilər, hər hansı funksiyası sıradan çıxa bilər ən qorxulusu isə kosmik şüalanmaya məruz qala bilərlər. Yerdə bu şüalanmadan yerin maqnit sahəsi qoruyur. Şüalanma insanlarda xərçəng xəstəliyi yarada bilər.

     

     

     
    Linki kopyala