Ölümdən sonra geri qayıtmaq istəyirsiz? O zaman Cryonics.

Ölümdən sonra geri qayıtmaq istəyirsiz? O zaman Cryonics.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
Məqaləyə keçmədən əvvəl bildirmək istəyirəm ki, bir müddət əvvəl bu haqda eşidəndə inanmaq bir az çətin gəlirdi, çünki struktur və əsas elementlerindən, həmçinin prosedura qaydalarından xəbərim yox idi, sadəcə adını eşitmişdim. Bu məqaləni yazmaqla ümid edirəm, bu məsələyə dərhal önyarğılı yanaşmayacaqsınız və bir qədər fikirləşəcəksiniz.  Başlayaq.

 Bu məqalədə əsas sual budur? Öldükdən sonra geri gəlmək mümkündürmü? Ancaq bu dəfə məsələyə fəlsəfi cəhətdən yox, elmi cəhətdən,real maddi resurslar əsasında yanaşacayıq. 
Bu sual əsrlər boyunca debat olunub və debat formasında da qalıb, əlbəttə XX əsrin ortalarından başlayan intensiv texnologiyanın inkişafına kimi. Texnologiyanın inkişafı bir çox məsələlərin həllində əsas rol oynadağı üçün, bu məsələyə də böyük töhfəsi oldu. Beləliklə bu günki yazı Cryonics [krayoniks] haqqında olacaq. ( Hər dəfə tələffüz şəklini yox yazı şəklini yazacam). Bir neçə günlük araşdırmam əsasında bu məsələyə daha dərindən nəzər salaq.
 
Cryonics\'in nə olduğu haqda ümumi anlayış verək, sonra onu daha da konkretləşdirərik. Cryonics elə bir proses yaxud metoddur ki,  ölüm konsepsiyasını qəbul etməyən adamların bədənləri ölümdən sonra dondurulur ( formal olaraq dondurulur yazırıq,əslində belə deyil) və ümid edilir ki, gələcəkdəki texnologiyanın inkişafı ilə yenidən həyata qaytarılacaq.
 

 
Dünyada 4 nəhəng cryonics şirkəti var. ABŞ\'ın Arizona ştatında Alcor, Michiganda Cryonics İnstitutu (Cİ) və Kalifornoyada  ACS ( American Cryonics Society). Digər biri isə Rusiyadadır və  KrioRus adlanır. bu dördündən ən əsas və nəhəngləri isə Alcor və Cİ\'dir. Hər iki şirkət gəlir götürməyən nonprofit şirkətidir. Yəni əsas diqqət gəlirə yox inkişafa verilir. Hər iki şirkətin depolarında təxminən 150 nəfər artıq saxlanılır və Alcor\'da daha 1000 nəfərə, Cİ isə onun yarısı qədər insanlara yer var. İndi isə qiymətlərə baxaq. Alcor\'da nəqliyyat, prosesin başladılması və gələcəkdə yenidən geri gətirmək hamısı birlikdə $200.000 təşkil edir. Əlbəttə ki, öləndən sonra :D. Həmçinin $80.000 verərək ancaq beynin dondurulması da mümkündür.
Cİ\'də isə qiymət təxminən $35.000dir. Həddindən artıq Alcordan ucuz olmasının 2 əsas səbəbi var.
 
1. Bu qiymətə nəqliyyat daxil deyil, əgər kimsə şirkətə yaxın yaşayırsa xeyli pula qənaət edəcək. Əgər xeyli uzaqda yaşayan biri varsa və bu nəqliyyat xidmətindən istifadə etmək istəyirsə $35.000 ödəməlidir.
 
2. Alcor ödənişin yarıdan çoxunu insanları əmin etmək üçün xərcləyir. Çünki, 70-ci illərdə cryonics şirkətləri çox idi və xeylisi bankrot olaraq sıradan çoxdu. Bu hal ilə yenidən qarşılaşmamaq üçün Alcor insanları əmin etməklə yanaşı, həmçinin göstərir ki,gələcəkdə maliyyə krisisi baş vermə ehtimalı çox azdır.
 
 

Müqavilə yaxud kontrakt bağlandıqdan sonra insanlara biləklik və boyuna taxılan xüsusi hazırlanmış cihaz verilir və məsləhət görülür ki, birini hər zaman taxasınız, çünki qəfil ölüm olan zaman şirkətə ən qısa müddətdə xəbər vermək lazımdır.
 Və son olaraq  üzvlər üçün cəmi bir iş qalır. Ölmək. Bütün məsələ də burada dərinləşir.
Ölüm haqqında istər elmi, istər dini olaraq yanaşmalar var. Əlbəttə dini yanaşmalardan söz gedə bilməz, çünki din birmənalı olaraq bu prosesə ziddir. Belə bir misal verim. Fikirləşək ki, 200 il əvvəl hər hansı bir şəxs ürəkdayanmadan ölür. Müasir dövrdə isə bu ehtimal azdır, çünki hamımızın bildiyi kimi texnologiyanın inkişafı ilə elektro-şok verməklə dayanmış ürək döyüntüləri müəyyən şərtlər altında geri gətirmək mümkündür ( Məsələn dayanmadan qəflətən sonra, yüksək elektrik verilməsi ilə, bəzən də bunlar yetərsiz olur, bəzən də tam əksi). 200 ildən sonra bu prosesin təkmilləşməsi və inkişafı böyük ehtimalla baş verəcək. Müasasir dövrdə elmdə ölüm deyərkən ruhun bədəndən ayrılması yox, ürəyin 4-6 dəqiqə intervalında  dayanmasıdır, cünki ancaq bu zaman içində beyin oksigen qəbul etmədən maksimum işləyə bilər. Alcor bu barədə öz saytında ( Science FAQ) qeyd edir ki, bir neçə dəqiqədən sonra baş verən "ölüm" oksigensizlikdən yaranır, beyinin zədələnməsindən yox. Gələcəkdə nanotexnologiyanın inkişafı ilə bədəndə yenidən oksigenli qan sirkulasiyası yaratmaqla geri qayıtmaq olar. O zamana kimi isə dondurulmalıdır. Əlbəttə söhbət qəza zamanı yaxud hanısa bir fiziki səbəbdən zədələnən beyindən getmir. Bunu daha dərindən fikirləşmək üçün belə bir hadisəyə baxaq. Təsəvvür edək ki,  ambulans vasitəsilə A xəstəxanasına xəstə gətirilir, müasir texnologiya ilə təchiz olunmuş bir xəstəxana. Fikirlşək ki, xəstənin ürəyi 15 dəqiqə əvvəl dayanıb və dərhal xəstəxanada ölü elan edilib. Əgər A xəstəxanasında olan həkimlər öyrənərsə, B xəstəxanasında daha yeni texnologiya ilə 60 dəqiqə əvvəl öləni geri qaytarırlar, nə baş verər? Şübhəsiz bu hadisə bizdə yox, ABŞda baş verərsə, dərhal xəstə B xəstəxanasına nəql olunar. Əgər B\'də xəstə geri qaytarılırsa, onda hamıya məlum olur ki, xəstə A\'da ölməmişdir, sadəcə ölü elan edilmişdir. Bir neçə əsrdən sonra bu mümkün olsa bəs? indiki ölüm? 
 
Buna görə də cryonics şirkətləri qeyd edirlər ki, bu günki xəstələr sadəcə ölü elan olunur. Hətta belə bir deyim var ki, bu günün hərəkətsiz bədənləri sabahın xəstələridir. 
 
Cryonics üzv olanlar üç yol ilə ölüb şirkətə çatdırıla bilər.
a) Yaxşı yol ilə - hər hansı bir xəstəlik ilə sakit bir yerdə ölmək. Məsələn xərçəng.
b) Pis yol ilə - Qəflətən ürək tutma kimi hallarda ölüm. Bu zaman həmin insanın tapılması, xəstəxanaya çatdırılması, şirkətə xəbər verilməsi bir neçə saata başa gələr bilər. Bu da şirkət üçün arzuolunmazdır.
c)Çox pis yol ilə - Məsələn maşın qəzası ilə beynin zədələnməsi. Bu vaxt isə cryonics şirkətlərinin edəcək hələ ki, heçnələri yoxdu. Məsələn 11 sentyabr hadisələri zamanı Alcor şirkətinə üzv olan insanların beyninin zədələnməsi kimi.
 
 

Və beləliklə, "ölümü elan edildikdən sonra" dərhal şirkətin işçiləri hərəkətə keçir. İlk görülən iş, həmin adamı soyuq,buz ilə olan suyun içinə daxil etməkdir. Bunun səbəbi insan bədənindəki temperatoru aşağı salmaq və metabolismi zəiflətməkdir. Və beləliklə ürək və ağciyər kimi orqanların yenidən işləməsi üçün ilk addımlar atılır. Bu ilk addımlar zamanı həmçinin müəyyən iynələr ilə dərmanlar vurulur.  Sonra xüsusi cihaz  vasitəsilə borular damarlara keçirilir və soyuq sirkulasiya baş verir.  ( Bu prosesin iş mahiyyəti insanlara orqan nəql olunmasına bənzəyir, məsələn işlək böyrək və ya ürəyin nəqli). Sonrakı mərhələni isə çox insan dondurulma kimi fikirləşir. Əslində dondurulmur, bərk maddə halına salınır, məsələn şüşə kimi. Buna elmi dildə vitrify [vitröfay] deyilir. Çünki bədəni dondurmaq təhlükəlidir, belə ki kristal şəkildə olarkən bölünmə yolu ilə ciddi xəsarətlər baş verə bilər. Vitrify olunan zaman isə bunların heç biri baş vermir. Vitrify hadisəsini iri,nəhəng bir molekula bənzədə bilərik.
 
 
 ATP3
 
 

Yəqin ki bu halda bədənin yenidən işləməsi barədə müəəyən şübhələriniz var, başqa bir real misala baxaq.  Biologiyada vitrify olunmaq yeni bir hadise deyil və praktikada da xeyli istifadə olunur. Bu yaxınlarda isə elm adamları dovşanın böyrəyini tam olaraq vitrify ediblər və sonradan yenidən istiləşdirərək bədən temperatorunu əvvəlki həddə çatdırıblar və dovşan həyatına davam edib. Və əlavə olaraq 2016 fevral ayında cryonics üçün mükəmməl təcrübə aparılır. İlk dəfə olaraq dovşanın beyni vitrify olunur və yenidən istiləşdirərkən əvvəli vəziyyətinə mükəmməl olaraq qayıtmışdır. 
 
 
ems

Beləliklə ölümü elan olunan şəxs vitrify olduqdan sonra 2 həftə ərzində yavaş yavaş daha da soyudulur və -196 dərəcəyə düşürülür. Səbəbi isə bədəndə olan nitrogen mayeye çevrilir və həmin şəxs yeni nanotexnologiyanın inkişafına qədər nitrogen-vannası qəbul edəcək. Sonradan isə şirkətdə xüsusi depolara göndərilir. Təəssüf ki, nitrogen-vannasını başı aşağı qəbul edəcəksiniz, çünki əgər depoya texniki cəhətdən zərər gələrsə, beyini mümkün ola biləcək qədər qorunmasıdır. Digər səbəb isə nitrogen ilə bağlıdır. Və beləliklə cryonics xəstələri tamamilə təhlükəsiz şəraitdədirlər və nanotexnologiyanı gözləyirlər. Bu 20 ildən sonra, 100 ildən sonra, 1000 ildən sonra baş verə bilər. Zaman fərq etmir, çünki bədən pauza olunub.
 
 

Bu prosesləri araşdırdıqdan sonra verdiyimiz misallar və təcrübələr əsasında yəqin ki bu səviyyəyə çatmağın mümlünlüyü debat oluna biləz. Bu mərhələlərin mümkünlüyə görə cryonics məntiqli çatır. Cryonics hamı tərəfindən yaxşı qarşılanmır, əsas da dinin hökm sürdüyü anlarda. Cryonics haqqında düşünərkən dini önyarğıları bir kənara qoymanız tövsiyyə olunur, çünki illər yaxud əsrlər sonra cryonics reallaşarsa din elmi cəhətdən sadəcə bir mif olacaq.
 
Bu məqalədə cryonics nədir, necə işləyir kimi sualları müzakirə etdik. Məqalənin ikinci hissəsində isə cryonics haqqında verilən tutarlı sualların bəzilərinə cavab göstərəcəyik.
 


 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×