Ölmüş beyni canlandırmaq olarmı?
Digər
07.05.2017
Farid Pardashunas
Amerikalı alimlər ölmüş beynin canladırılması üzərində təcrübələrin
başlanmasını bildiriblər. Kəllə beyin travması nəticəsində həyatlarını itirmiş bəzi
insanların üzərində işlərin start götürülməsi barəsində artıq icazə alınıb.
Ölmüş beyni həyata qaytarmağı Bioquark adlı biotexnoloji amerikan şirkəti
planlaşdırır. Onların ReAnima adlı layihəsi ABŞ-dakı müşahidələrin etik tərəfi
üzrə komitəsindən təsdiq alıb. ReAnima-nın əsas məqsədi bütün müasir biotibbi
texnologiyaların öyrənilməsi və onların köməyi ilə ölmüş beynin funksiyalarını
bərpa etməkdir. Kliniki təcrübələr ABŞ-da və Britaniya-da rəsmi olaraq ölmüş
hesab edilən 15-65 yaşlı insanlar üzərində aparılacaq. Baxmayaraq ki, onlar
xüsusi cihaza qoşulu vəziyyətdədirlər. Layihənin rəhbəri Ira Pastor-un fikrincə
məqsəd o qədər də fantastik deyil. O qeyd edib ki, bəzi canlı orqanizmlərin
növləri (amfibiyalar və bəzi balıqlar) həyat üçün təhlükəli travmalardan sonra
belə öz beyinlərinin bir çox hissələrini o cümlədən sütun hissələrini yeniləyə
və canlandıra bilirlər. İnsanlar isə özləri mərkəzi sinir sistemlıərini bərpa
edə bilmirlər. Lakin bunun üçün onlara yeni texnologiyalar kömək edə bilər.
Ölüm diaqnozu almış beynin funksiyalarını yenidən bərpa etmək üçün alimlər
peptidlərdən, lazerlərdən, sütun hüceyrələrindən və sinirlərin
stimullaşdırılmasından istifadə edəcəklər. İlk nəticələrin 2-3 aydan sonra
alınması gözlənilir. Bərpa olunma əlamətləri tomoqrafiya vasitəsilə sinir
iliyinin yuxarı hissəsiniin sərhədində və beyin sütununun aşağı hissəsində əks
olunmalıdır. Bütün tənqidlərə baxmayaraq ReAnima layihəsinin iştirakçıları
aparılacaq təcrübələrin perspektivliyinə inanır və real işləyən texnologiyanın
artıq 2017-ci ildə yaradacaqlarına ümid edirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək