main-post-cover

    "London has Fallen" filminin premyera tarixi dəyişilib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Gramercy Picture studiyası "London has Fallen" filminin premyera tarixini dəyişib. Verilən məlumata görə film 2 Oktyabr 2015-cil tarixində deyil, 22 Yanvar 2016-cı il tarixində böyük ekranlara çıxacaq. Filmin premyera tarixinin dəyişilmə səbəbləri məlum deyil. Çox güman ki, studiya "The Martian" filmi ilə rəqabət etmək istəmədiyi üçün premyera tarixini dəyişib. Qeyd edək ki, "The Martian" filmi məhz 2 Oktyabr 2015-ci il tarixində təqdim olunacaq. 
    "London has Fallen" filmində hadisələr Britaniya baş nazirinin qəfil vəfatından sonra baş verir. Aparıcı dövlətlərin başçıları vəfat etmiş naziri yad etmək üçün Londona gəlirlər. Terroristlər isə onları məhv etmək üçün bu cür şansı əldən vermək istəmirlər. Bütün ümidlər ABŞ prezidenti və onun gizli təşkilatdan olan xəfiyyəsinə bağlanır. Lakin onların köməyinə Britaniya kəşfiyyatında çalışan bir xəfiyyə də gələcək. Filmdə baş rolları Gerard Butler, Charlotte Riley, Morgan Freeman, Melissa Leo, Jackie Earle Haley, Aaron Eckhart, Angela Bassett, Radha Mitchell, Colin Salmon, Robert Foster və digərləri canlandıracaqlar. Film seriyasının birinci hissəsi "Olympus has Fallen" filmi 2013-cü ildə ekranlara çıxmışdır. 70 milyon dollara istehsal olunmuş film 161 milyon dollar gəlir gətirmişdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər