main-post-cover

    "London Tech Week"-də startapınızı təqdim etmək şansını qaçırmayın!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Əgər innovativ bir biznes layihəniz, startapınız varsa və onu inkişaf etdirib xarici arenalarda özünüzü, layihənizi nümayiş etdirmək istəyirsinizsə bu xəbərimiz tam olaraq sizin üçündür.

    Beləki, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi yeni layihələrin seçim prosesinə davam edərkən, daha bir yeniliklə startapçıları sevindirib. Beləki seçilən 5 komanda içərisindən, 6 aylıq inkubasiya proqramından sonra təşkil olunacaq olan DemoDay-də qalib gələn komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin dəstəyi ilə 12-15 İyun tarixlərində Londonda baş tutacaq "London Tech Week" tədbirində iştirak etmək şansını əldə edəcək.
    Əminik ki, bu startapçılar üçün çox böyük şansdır və əsl girişimcilər bu fürsətdən yararlanaraq öz layihələrini dünyanın ən güclüləri ilə yanaşı nümayiş etdirə biləcəklər.
    Bundan əlavə isə İnkubasiya proqramına seçiləcək komandalar aşağıdakı fürsətlərdən yararlanacaq.

    ·      7/24 saat fəaliyyətdə olan innovativ ofis
    ·      AZERCELL və PAŞA Bankın dəstəyi
    ·      Masterklasslar (hər ay təşkil olunan təlimlər)
    ·      Networkinq tədbirləri və networkinqin genişlənməsi imkanı
    ·      Layihələr üçün online kursların təşkil olunması
    ·      Helpdesk (Ödənişsiz konsultasiyalar)
    ·      Limitsiz internet, çay, kofe, avadanlıq təchizatı

    Layihələr üçün tələblər:

    ·      Komandanın ən azı 3 nəfərdən ibarət olması
    ·      İdeyanın innovativ olması
    ·      Komanda iştirakçılarından ən azı bir nəfərin layihə üzərində full-time işləyə bilməsi
    ·      İdeyanın qlobal bazara çıxma potensialının olması
    ·      Ən azı bir komanda üzvünün səlis ingilis dili və təqdimat bacarıqlarının olması
    Layihələrinizi online şəkildə Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəsmi veb səhifəsində qeydiyyatdan keçirə bilərsiniz. Layihələrin qəbulu üçün son tarix 20 Noyabrdır.

    Qaydalar:

    İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr biz tərəfdən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələdə isə komandalar öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Sonda ikinci seçim mərhələsindən də keçmiş 5 komandanın adı açıqlanacaq və həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər.
    Linki kopyala