

Artıq həyatımızda özünə yer etmiş 3D texnologiyası daha bir sahədə insanların təəccübünə səbəb olub. Londonda "Food Ink” adlı restoran dünya tarixində bir ilkə imza ataraq, restoranda yer alan təchizatları və ən əsası yeməkləri 3D texnologiyası istifadə edərək hazırlamağa nail olmuşdur. Burada 3D texnolgiyası ilə hazırlanan yeməklər vizual görkəmcə maraqlı olmaqla bərabər, minimum yemək qiyməti 250 funt sterlinqdən başlayır. Amma buna baxmayaraq çoxlu insan axınının olması tezliklə restoranın daha da tanınmasına səbəb olub.
Şərh yoxdur