Maaşlı işçi olmaq yoxsa öz işini qurmaq?

Maaşlı işçi olmaq yoxsa öz işini qurmaq?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"İnvestisiya alsam, iş yerimdən istefa edib bir şirkət quracam”

Əgər yuxarıdakı cümləni tez-tez işlədirsinizsə, məncə ən qısa yoldan bu sevdadan əl çəkin. Çünki düşüncəniz çox da rasional deyil.

Təcrübəli bir investor boş ideyaya yatırım etməz. Əlbəttə ki, bəzi istisna şəxslər və istisna iş fikirləri var. Əgər o xüsusi şəxs sizsinizsə, onsuz da bunu artıq bilirsiniz. Keçmişdə həsəd aparılacaq bir neçə startapınız olubsa və bir sonrakı şirkətiniz üçün investisiya axtarmağa başlamısınızsa, əlbəttə ki işlər daha asan olar. Məsələn, Azərbaycanda hansısa bankda və ya iri bir şirkətin IT departamentində işləyərkən belə bir gözlənti ilə yola çıxmısınızsa, böyük ehtimalla səhv yoldasınız.


Dünyanın bir yerlərində, sizin milyard dollarlıq fikrinizi bu saniyə belə öz aralarında müzakirə edən bir neçə şəxs ola bilər. Amma bu fikri kim və necə reallaşdırdı? Bax əsas məsələ budur.

Startapçılıq, müəyyən bir miqdarda risk alınaraq edilməli olan bir fəaliyyətdir. Risk daşımaq isə insanda ciddi stress yaradar... Əlbəttə ki, özümüzə əziyyət olsun deyə risk almırıq. Bütün zehnimizin, motivasiyamızın uğurlu olmağa fokuslanması üçün bunu edirik. Çünki zehnimiz bir şeydən imtina etməyin bir çarəsini tapsa, ilk fürsətdə asan yola yönəlir. Təəssüf ki, uğurlu olmaq üçün isə bir yox, minlərlə çətinliklə başa çıxmaq lazımdır.

Bir startapçının gündəlik həyatı luna parklardakı "roller coster” adı verilən oyunlar kimidir. Bir an özünüzü dünyanın təpəsində hiss edərkən, bir anda tam tərsi bir ruh halı ilə, gizlənəcək deşik axtararsınız. Bir yerlərdə işləyib daimi gəlir əldə edərkən "roller coster”da dibi gördüyünüz bir anda o möhtəşəm iş fikrinizdən imtina etməyiniz böyük ehtimaldır.


Bu həqiqəti bilən təcrübəli bir investor, yazımın başında da dediyim kimi "İnvestisiya alsam, istefa edib şirkətimi quracam” deyən şəxslərə, çox istisnayi vəziyyətlər xaricində, yatırım etməzlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×