
2K Games hamı tərəfindən səbirsizliklə gözlənilən Mafia 3 oyunundan yeni görüntüləri təqdim edib. Qeyd edək ki, yeni oyunda hadisələr 1968-ci ildə Yeni Orlean şəhərində cərəyan edəcək. Oyunun baş qəhrəmanı isə keçmiş Vyetnam müharibəsi iştirakçısı Lincoln Clay olacaq. Mafia 3 bu ilin yay fəslində satışa çıxacaq.