main-post-cover

    Mafia 3 nəhayət anons olundu!

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Ölkəmizdə də çox böyük fanat kütləsinə sahib Mafia seriyasının yeni oyunu twitter üzərindən nəhayət rəsmi şəkildə anons olundu. Oyuna aid bir görüntü paylaşan 2K Games gələn həftə GamesCom sərgisində yeni oyunla bağlı detalların və təqdimat çarxının paylaşılacağını bildirib.
     
    Oyunu hazırlayan studiya bu dəfə 2K Czech yox yenə 2K Games-in qurduğu Hangar 13-dür. Şayiələrə görə oyunun hazırlanma prosesində 2K Czech-də iştirak edir lakin studiyanın Praqa ofisinin bu yaxınlarda bağlanması və Mafia 3-ün tamamilə yeni bir studiyaya təfil verilməsi bu şayiənin əsassız olma ehtimalını gücləndirir.

    Yuxarıda da qeyd etdiyimiz kimi oyunla bağlı məlumat verilməsə də paylaşılan şəkildəki avtomobillərin 60-cı illərin masl karları olduğunu nəzərə alsaq Mafia 3-də ikinci oyundan ən az 10 il sonraki hadisələrdən bəhs olunacağını düşünə bilərik. Amma yenədə avqust ayının 5-ini gözləmək ən yaxşısı olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər