main-post-cover

    Mafia III oyununun çıxış tarixi

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    GameStop saytının Amerika filialının verdiyi məlumata görə Mafia III oyununun satışa çıxması 26 Aprel 2016-cı il tarixində gözlənilir. Qeyd etmək lazımdır ki, Şimali Amerikada böyük oyunların satışı məhz həftənin ikinci günündə start götürür. Bunu nəzərə alaraq demək olar ki, GameStop-un verdiyi məlumat inandırıcı səslənir. Mafia III oyununun anonsu bu ay keçirilmiş GamesCom 2015 oyun sərgisi çərçivəsində baş tutdu. Oyunda hadisələr 1968-ci ildə New Orlean şəhərində cərəyan edəcək. Baş qəhrəman isə Lincoln Clay adlı zənci olacaq. 3-cü hissədə bir sıra yeniliklər gözlənilir. Məsələn oyunçular ayrı-ayrı əraziləri ələ keçirərək onlara nəzarət edə biləcəklər. İstənilən vaxt həmin ərazilərə nəzarətçi qismində Cassandra Burke və Vito Scaletta-nı təyin etmək mümkün olacaq.
    Linki kopyala