Məşhur tyuninq şirkəti Mansory bu dəfə emalatxanasında Mercedes-in məşhur SUV-u G-Class-ı qonaq edib. Uzun, gücləndirilmiş asqılar və əlavələrlə daha geniş görünən korpusla yeni G-Class 6 təkərli qardaşından çox da fərqlənmir. 22 düym xüsusi Mansory disklər, ilan dərisi boya və alkantara interyerlə bəzədilmiş avtomobilin ən maraqlı hissəsi isə gücləndirilmiş mühərrikidir. Bu gözəl alman 5.5 litr 8 silindirli mühərriklə hərəkətə gəlir hansı ki, tam olara 828 at gücü və 1000nm torque hasil edə bilir.
Amma bu qədər gücü bir yerdə almaq üçün Mansory-ə 770.000 avro ödəmək lazımdır. Hə, yəgin ki yaxın bir-neçə həftə sonra avtomobilin Dubayda çəkilən videolarını görə bilərik.
Şərh yoxdur