Maraqlı xüsusiyyətləri olan utancaq mimoza bitkisi

Maraqlı xüsusiyyətləri olan utancaq mimoza bitkisi

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Utancaq mimoza adlı tropik bitki alimlərdə yeni suallar doğurur. Bir neçə vaxt bundan əvvəl məlum olub ki, sözügedən bitki canlıları cansız əşyalardan ayıra bilir. 30 sm-dən 150 sm-ə qədər olan bu bitki Cənubi Amerikada bitir. Orada utancaq mimozanı alaq bitkisi kimi bilirlər. Bu bitki may ayından sentyabr ayına qədər şarşəkilli bənövşəyi güllər açır. Tozlandırma prosesi isə külək hə həşəratlar vasitəsilə gedir. Çiçəklənəndən sonra əyri lobyalar əmələ gəlir. Utancaq mimozanın əsas xüsusiyyəti potensial təhlükəyə qarşı olan reaksiyasıdır. Kökü zədələnən zaman utancaq mimoza zəhərli maye ifraz edir. Həmin zəhərli mayenin tərkibi metansulfanol, süd, piroüzüm turşularından və kükürdün müxtəlif birləşmələrindən ibarətdir. Bunun nəticəsində çox vaxt otlaqlarda olan mal-qaralar zəhərlənir.
 
Bitkinin daha bir maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, ona toxunanda o öz yarpaqlarını əyir. Məhz buna görə bitkiyə utancaq mimoza adını veriblər. Bu hadisənin mexanizmi alimlərə aydındır. Beləki bitkinin yarpaq saplarında su membranları mövcuddur. Yarpaqların sensorlu hissələri isə təzyiqə reaksiya verir. Bitkiyə toxunan zaman su həmin toxunma nöqtəsinə üz tutur. Bunun nəticəsində yaranmış ağırlıq səbəbindən yarpaq əyilir. Bir neçə vaxt bundan öncə isə alimlər aşkar etmişdilər ki, utancaq mimoza öyrənmək qabiliyyətinə malikdir. Təcrübələrin nəticələri əsasında müəyyən olunub ki, utancaq mimoza hər bir toxunuşun özəlliyini yadında saxlayır və əgər toxunuş zamanı təhlükə yoxdursa bitki öz yarpaqlarını əyməyə enerji sərf etmir. Əslində bu cür xususiyyət heyvanlara aiddir. Sinir sisteminin köməyi ilə onlar nəinki informasiya əldə edirlər hətda həmin informasiyanı gələcəkdə istifadə də edə bilərlər.
 
Aparılmış yeni təcrübələr əsasında məlum olub ki, utancaq mimoza öz potensial düşmənini yaxşı fərqləndirir. Təcrübə əsnasında maraqlı məqam müşahidə olunmuşdur. Belə ki, bitkinin kökünə insan toxunanda bitki havaya hidrogen-sulfid və digər birləşmələr ifraz edib. Lakin bitkinin kökünə cansız əşya vasitəsilə toxunanda isə kimyəvi qorunma mexanizmi işə düşməyib. Alimlər utanqac mimozanı digər bitkilərdən fərqləndirən daha bir özəlliyi də aşkar ediblər. Belə ki, digər bitkilər qorunma məqsədi ilə öz zəhərli maddələrini yerüstü hissədən ifraz edirlərsə utancaq mimoza bunu üzərində kiçik düyünlərin olduğu kökü hesabına edir. Bundan əlavə onlar zəhər istehsalından başqa ətraf mühitin kimyəvi tərkibini də müşahidə edirlər.
 

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×