main-post-cover

    Buzlu göldə il yarım qalan iPhone, oradan işlək halda çıxardıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Pensilvaniya ştatının sakini Michael Guntrum öz iPhone 4 cihazını qış fəslində balıqtutma zamanı gölə düşürmüşdü.

    İl yarımdan sonra onun cihazını tam işlək vəziyyətdə özünə qaytarıblar. 2015-ci ilin Mart ayında Michael öz dostları ilə -32 dərəcədə balıq ovlamağa getmişdilər. Balıq ovlayan zaman o, iPhoone 4 cihazını Kayl gölünə düşürmüş və cihaz gölün dibində qalmışdır. Həmin ilin Sentyabr ayında yəni, Michael öz smartfonunu gölə düşürəndən 6 ay sonra gölü qurutmuşdular. Daha bir ildən sonra Daniel Kalgren adlı mühəndis göl hövzəsini metal axtaran cihaz vasitəsilə müşahidə edən zaman həmin iPhone-nu, 15 sm-lik çirk və gilin arasında tapmışdı. iPhone 4, Otterbox adlı keysin daxilində idi. Təcrübə xatirinə Kalgren, iPhone 4-ün tərkibindən nəmişliyi aradan qaldırmaq üçün onu düyünün üzərinə qoyub. İki gündən sonra smartfon işə düşəndə və tamamilə normal çalışanda Kalgren çox təəccüblənib. Kalgren smartfonu öz sahibinə qaytarmağı qərara alıb və Guntrumu mobil nömrə vasitəsilə tapıb. Guntrum isə iPhone 4-ü məmnuniyyətlə qəbul edib və onu anasına bağışlayacağını deyib. Belə ki, anasının mobil telefona ehtiyacı var.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər