main-post-cover

    Mark Zuckerberg-dən sonra Twitter-in qurucusunun hesabı hacklandı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     

    Son zamanlar sosial şəbəkələrin qurucularının hesablarının ələ keçirilmə prosesi davam edir. Bu dəfə twitter-in qurucusu Evan Williams-ın twitter hesabı hacklandı.

    Texnologiyanın və internet dünyasında baş verən dəyişikliklərdən sui istifadə edən hacker-ləri də yaddan çıxarmaq olmaz. Müasir dövrdə nəin ki, profil və hesablarınız həmçinin bank hesablarınız da təhlükədədir. Bu baxımdan özlərinin nə qədər təhlükəli və bacarıqlı olduqlarını göstərmək üçün məşhur sosial şəbəkələrin qurucularının hesablarına hücum edən OurMine team bu dəfə hədəf olaraq Evan Williams-ı seçiblər.

    Ötən həftə məlumat verdiyimiz kimi, OurMine Team Twitter üzərindən Mark Zuckerberg-ə belə bir twit yollamışdılar: "Twitter, Instagram, Pinterest hesablarının şifrələri əlimzdədir, zəhmət olmasa bizimlə əlaqə saxla Mark". Bu mesajı ciddiyə almayan Mark, cavabında gedin işinizlə məşğul olun tipli bir mesaj ünvanlamlşdı.
     
     

    Bunun qarşılığında isə cəmi 6 dəqiqə sonra "OurMine" Markın şifrələrini yayımlamışdı. Bu dəfə isə hədəf Evan Williams oldu. Twitter üzərindən göndərilən ismarışda bunlar qeyd olunub: " Salam, biz OurMine. Sizin təhlükəsizlik sisteminizi test edirik, zəhmət olmasa bizə mesaj göndərin"


     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər