Mark Zuckerberg-in, yaxın zamanda Facebook-da reallaşdıracağı funksiyalar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Hər iki aydan bir "Facebook”, öz
mühəndislərini gündəlik işlərdən azad edərək istədikləri hər bir layihə ilə məşğul
olmalarına şərait yaradır. Bu cür hackhatonlar böyük IT şirkətlər arasında məşhurdur.
Hıəmin tədbirləri hətta "Google”da təşkil edir. Bu cür hackhatonlar sayəsində Facebookda yeni, maraqlı funksiya
və məhsullar ortaya çıxır. Məsələn ən məşhur sosial şəbəkənin videoplayer-i və
çat sistemi məhz hackhaton zamanı yaradılmışdır. Öz ideyalarının prototiplərini
yaradandan sonra mühəndislər, onları həmkarlarına göstərərək səsvermə keçirdirlər.
Ən çox səs toplayan ideya, "Facebook” CEO-u Mark Zuckerberg-ə və digər rəhbərlərə
təqdim olunur. Bazar ertəsi Mark Zuckerberg-in hesabında paylaşılmış canlı yayım
da məhz şirkətin sonuncu hackhaton tədbirindən olan ideyaların qiymətləndirilməsi
ilə bağlı idi. Təbii ki, həmin ideyaların hamısı reallaşdırılmasa da, görünür
onlardan bəzilərini Mark Zuckerberg artıq təsdiqləyib.”Facebook” mühəndislərinin
fikirləşdikləri maraqlı ideyaları sizlərə təqdim edirik.
Oculus VR cihazı üçün nəzərdə
tutulmuş və öz temperaturunu dəyişən gamepadlar.
"Facebook”a məxsus "Oculus” şirkətinin
əməkdaşlarından biri, Oculus VR üçün olan gamepadları təkmilləşdirib. Belə ki, təkmilləşdirilmiş
gamepadların sayəsində insanlar əlləri ilə istini və soyuğu hiss edə biləcəklər.
Bunun üçün mühəndis, xüsusi termal soyuduculardan istifadə edib. Mark
Zuckerberg virtual ocağın yanında təkmilləşdirilmiş gamepadları test edən zaman
"Olduqca istidir” cümləsindən istifadə etmişdi.
Hansısa şəxsin yoxa çıxması zamanı
Facebook Messenger vasitəsilə onun yerinin təyin olunması.
Əgər siz öz yaxın dostunuzu tapa
bilmirsinizsə və onun təhlükəsizliyi barəsində narahat olursunuzsa onda Facebook Messenger, itmiş dostunuzun harda olduğu barədə sorğu göndərməyinizə
imkan verəcək. Sorğu, vaxt ilə çalışır. Yəni sorğu göndərilən andan sonra sizin
dostunuz onu ya təsdiq yada təkzib etməlidir. Əks halda bu baş verməsə onda
Messenger dostunuzun harda olduğu barəsində məlumatı sizə avtomatik olaraq
çatdıracaq.
Şərh bölməsində GIF animasiyaların
yerləşdirilməsi.
Yaxın zamanda istifadəçilər
postların şərh bölməsinə GIF animasiyalar yerləşdirə biləcəklər. Yəni GIF animasiyalar
üçün düymə bilavasitə şərh bölməsində aktivləşdiriləcək. "Düşünürəm ki, bu çox
məşhur olacaq” – deyə Mark Zuckerberg bildirib.
Offline rejimdə mesajlaşmaq.
"Facebook” mühəndislərindən biri,
inkişafda olan bazarlar üçün nəzərdə tutulmuş Messenger Lite əsasında
hazırlanmış offline rejimli messencerin demo versiyasını təqdim edib. Sözügedən
funksiya, internetin olmadığı vaxtda belə mesajlaşma imkanını yaradacaq. Bu isə
öz növbəsində mobil telefonların Wi-Fi siqnalları hesabına baş tutacaq. Görünür
bu ideya Zuckerberg-in xoşuna gəlib.
Şərhlərdə əks olunanların hesabına
yaranan ümumi foto və videolar.
Süni zəka vasitəsilə mühəndislər,
şərhlərdə əks olunanların hesabına ümumi foto və videolar yaradan alqoritmin
demosunu təqdim ediblər. Beləliklə məsələn əgər siz dostlarınızdan xahiş etsəniz
ki, onlar sizin postunuzun şərh bölməsinə toy ilə bağlı fotolar yerləşdirsinlər,
onda onların yerləşdirəcəkləri fotolar public rejimdə bir qovluğa avtomatik
olaraq yerləşdiriləcək.
Mark-ın "ağıllı” evi üçün nəzərdə
tutulmuş süni zəkaya aid təkmilləşdirmə.
Hackhatondan olan demolara nəzər
yetirəndən sonra Mark, ev üçün nəzərdə tutulmuş virtual köməkçisinin yenilənməsi
barəsində danışıb. Sözügedən süni zəka üzərində Mark artıq 1 ildir ki, çalışır.
Heç bir xırdalığı açıqlamayaraq "Hal-hazırda o, bir çox şeyi bacarır” – deyə Mark
bildirib. Süni zəkanın tamamlanmış demosunu Mark, bu ilin sonunadək təqdim etməyi
planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)