main-post-cover

    Mark Zuckerberg izlənmək ehtimalından özünü necə qoruyur?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Facebook-un CEO-u Mark Zuckerberg Instagram istifadəçilərinin sayının 500 milyona çatması şərəfinə sosial şəbəkədə fotosunu paylaşıb. Chris Olson adlı Twitter istifadəçisi şəkildə əks olunmuş Mark-ın noutbook-na nəzər salıb. Şəkilə diqqətlə baxandan sonra məlum olub ki, Mark izlənmək əleyhinə çox sadə üsuldan istifadə edir. Mark-ın arxasında əks olunmuş noutbook böyük ehtimal ilə ona məxsusdur. Noutbook-un kamerası ağ lent, mikrofonu isə qara lentlə bağlanmışdır. Bundan əlavə olaraq Olson bildirib ki, Mark Mozilla-nın Thunderbird adlı elektron poçtundan istifadə edir. Lakin digər istifadəçilər qeyd ediblər ki, bu Cisco-nun VPN tətbiqidir. Bir neçə müddət bundan öncə FTB-nin (Federal Tədqiqatlar Bürosu) direktoru James Comey etiraf etmişdi ki, o da öz kompüterinin kamera və mikrofonunu lentlə bağlayır. Bu cür üsulun effektivliyini təsdiq etmiş MTA (Milli Təhlükəsizlik Agentliyi) və MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş əməkdaşı Edward Snowden vaxtı ikən bildirmişdi ki, dövlət orqanları sadə vətəndaşları izləməkdən əlavə fotolarda və videoçatlarda insanların üzlərinin aşkar edilməsi üçün nəzərdə tutulmuş Britaniya istehsalı Optic Nerve proqramından istifadə edirlər. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər