Mark Zuckerberg yeni layihəsi ilə bütün dünyaya internet paylayacaq

Mark Zuckerberg yeni layihəsi ilə bütün dünyaya internet paylayacaq

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Facebook-un CEO-u Mark Zuckerberg şirkətin yeni layihəsini təqdim edib. Yeni layihə vasitəsilə Yer kürəsinin çətin əlçatan nöqtələrində yaşayan insanlar internetə qoşula biləcəklər. Bu işdə Facebook-a ayaqqabı qutusu böyüklüyündə olan OpenCellular adlı cihaz kömək edəcək. OpenCellular ənənəvi mobil rabitə infrastrukturunu əvəz edən baha olmayan cihazdır. Cihaz naqilsiz hotspot rolunu oynayaraq 10 km radiuslu əraziyə internet yaya bilir. OpenCellular-a eyni anda 1.5 min insan qoşula bilər. Yeni platforma open-source-dur. Yəni cihazda marağı olan istənilən şəxs və ya şirkət Facebook-un bu layihəsini təməl komponent kimi götürüb onu öz istəyinə görə ayarlaya və yeniləyə bilər. "Biz OpenCellular-ı open-source sistem kimi yaratdıq. Nəticədə şəbəkə operatorundan tutmuş istənilən müşahidəçi və ya sahibkar çətin əlçatan yerlərdə naqilsiz şəbəkələr yaradaraq onları idarə edə bilər” – deyə Mark Zuckerberg bildirib. "Ənənəvi mobil rabitə infrastrukturu çox baha başa gələ bilər. Bu baxımdan həmin infrastrukturu əlçatmaz yerlərdə yarada bilməyən provayderlər üçün bu cür hallar çətinliklər yaradır” – deyə Facebook-un mühəndislərindən biri qeyd edib. Qeyd edək ki, OpenCellular şirkətin buna bənzər digər layihələr sırasındadır. Belə ki, bu ilin yaz fəslində Facebook Terragraph və Project ARIES adlı iki layihəni də anons etmişdir. Bu layihələr şəhər rayonlarını sürətli və güvənli internetlə təmin etmək üçün düşünülüb. Terragraph qalın tikililər şəraitində olan rayonlarda Wi-Fi siqnalın ötürülməsi, ARIES isə uzun məsafələrə böyük həcmli məlumatların ötürülməsi üçün nəzərdə tutulub.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×