main-post-cover

    Mark Zukerberg, 15 il öncə təhsilini dayandırdığı Harvard Universitetinin diplomunu alacaq (VİDEO)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook”un təsisçisi Mark Zukerberg, Harvard Universitetindəki təhsilini, 25 May  2017-ci il tarixində sona çatdıracaq.

    2002-ci ildə Mark Zukerberg, Harvard Universitetinin psixologiya fakultəsinə daxil olmuşdu. Bununla paralel olaraq o həmçinin İT kurslara da gedirdi. 2004-cü ildə Mark, universitetinin ikinci kursunda oxuyan zaman o, təhsilini dayandırdı və Facebook üzərində çalışmaq üçün Kaliforniyaya köçdü. Harvard Universitetinin prezidenti Drew Faust, Harvard Gazette-yə müsahibəsində qeyd edib ki, Mark Zukerberg bu il Harvard diplomunu alacaq və məzunların önündə çıxış edəcək. "İnsanların bir-biriləri ilə qarşılıqlı münasibətdə olmaları sahəsində çox az texnologiya var ki, "Facebook” ilə rəqabət apara bilər. Texnologiyaların köməyi ilə dünyanı dəyişmək hədəfi baxımından isə nadir insanlar Mark Zukerberg ilə rəqabət apara bilərlər. Zukerberg-in fəaliyyəti, bütün dünyadakı istifadəçilərin sosial aktivliklərinin xarakterini dəyişdi” – deyə Faust bildirib. Zukerberg-in məzun günü 25 May tarixinə təyin olunub. Həmin gün o, digər məzunların önündə çıxış edəcək. Beləliklə "Facebook”un təsisçisi, Harvard Universitetinin ən uğurlu məzunlarından biri olacaq. Mark Zukerberg-in çıxışını, Bill Gates-in çıxışından 10 illik zaman intervalı ayırır. Belə ki, "Microsoft”un təsisçisi 1975-ci ildə universitetdən qovulmuşdu. Lakin 2007-ci ildə o öz diplomunu almışdı. Universitet həmçinin Mark Zukerberg ilə Bill Gates-in birgə olduğu videonu da təqdim edib. Videoda Mark, Bill-dən diplom və diplomu almaq üçün həqiqətən də universitetdə oxumaq lazım olub-olmayacağı barədə soruşur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər