main-post-cover

    Marketinq meneceri üçün əvəzolunmaz 10 mobil tətbiq

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
    Müasir marketinq meneceri mobil tətbiqlərin inqilabından bəhrənməlidir. Gündən günə mobil tətbiqlərdə artan faydalı marketinqə aid olan proqram təminatı, alətlər və məlumatlar marketoloqların həyatını daha da asanlaşdırır. Mobil tətbiqlər marketinq menecerlərlə sadəcə bir barmaq izi ilə tez və rahat məlumatı əldə etməyə təmin edir: bloqu dərc etməkdən reklamın nəticələrini ölçməsinə qədər.
    Bəs bu gədər mobil tətbiqlər arasında, marketinq menecer üçün ən faydalı və sırf rəqəmsal marketinqə aid olan mobil tətbiqlər hansılardır? Sizin üçün həm səxşi məlumatı saxlamaq üçün, həmdə şirkətin sosial şəbəkənin fəaliyyətini tənzimləmək üçün mobil tətbiqlərin siyahısını təqdim edirəm:

    1. Facebook Ads Manager

    Rahat və çoxfunksiyalı reklam meneceri. Burada Siz aşağıdakı funksiyalardan istifadə edə bilərsiniz:
    • Təhlil etmək
    • Aktiv reklamları redaktə etmək
    • Büdcə, qrafiki və auditoriyanı redaktə etmək
    • Push notification-ları almaq
    • Yeni reklamları yaratmaq
    Yükləyin: Android və iOS

    2. Facebook Pages Manager

    Kompyuter və ya noutbuk arxasında əyləşməyəndə bu tətbiq vasitəsilə Siz öz Facebook səhifələrinizi tam olaraq nəzarət və idarə edə bilərsiniz.
    Yükləyin: Android və iOS

    3. Google Drive

    Bütün fayllarınız buradadır – tam olaraq redaktə edilməli və paylaşılmalı. Hətta offlayn olduğunuz halda belə siz bütün fayllarınıza və sənədlərinizə baxa bilərsiniz.
    Yükləyin: Android və iOS

    4. Google Analytics

    Saytınızın trafiki, sosial media keçidlərini və konversiyaları öz smartfonunuzda izləyin. Demək olar bütün desktop funksiyaları tətbiqdə aktivdir.
    Yükləyin: Android və iOS

    5. Dropbox

    Google Drive-ı bəyənməyənlər bu mobil tətbiqdən istifadə edə bilərlər. Burada siz həmçinin öz şəkil, fayl və sənədləri yükləyib buludda saxlaya və ya paylaşa bilərsiniz.
    Yükləyin: Android və iOS

    6. Evernote

    Evernote sizin xüsusi rəqəmsal bloknotunuzdur. Bu tətbiqlə siz qeydlərinizi aparıb, gündəliyinizi yaradıb, şəkilləri çəkib öz və digər devayslarla paylaşa bilərsiniz.
    Yükləyin: Android və iOS

    7. Pocket

    Marketinq meneceri çox zəng bir həyat tərzini yaşayır. Və maraqlı video baxmağa və ya yeni məqalələri oxumağa vaxt çatmır. Pocket vasitəsiylə linkləri yaddaşda saxlayıb sonra istədiyiniz vaxt yenidən onlara qayıda bilərsiniz.
    Yükləyin: Android və iOS

    8. Google Maps

    Hər bir şəxs üçün faydalı bir mobil tətbiq. Lakin, marketinq meneceri daha çox görüşlərdə olduqları üçün lazım olan ünvanı və marşrutu tez bir zamanda tapmaq üçün "must have” tətbiqlərindəndir.
    Yükləyin: Andoid və iOS

    9. Email tətbiqləri

    Hər bir marketinq menecer öz smartfonunda müştəri və partnyorlarla çevik və daimi kommunikasiya qurmaq üçün email tətbiqlərindən istifadə etməlidir: Gmail, Outlook, Yahoo, Яндекс.Почта və digərləri

    10. Sosial Media tətbiqləri və Messenger-lər

    Müasir həyatımızda sosial media və messenger-lərin rolundan danışmağa artıq ehtiyac yoxdur. Facebook və Whatsapp tətbiqlərindən savayı, fikrimcə, xarici partnyor və müştərilərlə daimi əlaqədə olmaq üçün Viber və Skype kimi tətbiqlərin smartfonda olması vacibdir.
    Mənbə: samirkarimov.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər