main-post-cover

    Marketoloqların qəbul etmək istəmədikləri 7 Sosial Media Marketinqi sirri

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Professional marketoloqlar ilə danışın, sizə sosial media marketinqinin gücü haqqında danışsınlar. İş sahibi, şirkət sahibi yaşlı nəsildən soruşun sizə sosial media marketinqinin nə qədər lazımsız və keçici bir həvəs olduğunu desinlər.

    İlk qrup müsbət fikir bildirərkən digər qrup mənfi bir baxış tərzinə sahibdir. Görəsən həqiqət bu iki qrupun fikirlərinin ortasında bir yerdə ola bilərmi? Çox güman ki elədir!
    Düzgün bir planlaşdırma və uğurlu bir idarəetmə ilə sosial media marketinqi hər iş üçün faydalı və təsirli olur.
    Aparılan sorğulara görə sosial media marketinqi köməkliyi ilə şirkətlərdə inkişaf xeyrinə müsbət dəyişikliklər olsa da, hələ də qaranlıqda qalan və bəzən bizim belə qəbul etmək istəmədiyimiz sirrlər mövcuddur.

    Sosial Media Marketinqi – havayı deyil

    Sosial Media Marketinqinin sevilən, ən sevilən xüsusiyyətlərindən biri ödənişsiz olmasıdır. Gündəlik paylaşımlar edə bilər, profil şəkli dəyişdirə bilər və kütləyə hər hansı bir üsulla çatmağa çalışa bilərsiniz. Bunları edərkən bəzən saatlarınızı xərcləməli olursunuz. Zaman, pul deməkdir. Yəni, o qədər də ödənişsiz deyil. Əlavə olaraq inkişaf edən sosial media platformalarında reklam xərcləmələri etmədən hədəf kütləni əldə etmək artıq o platformaların siyasət dəyişiklikləri nəticəsində çox çətinləşdirilib.

    Uğurun izləniləcək bir şablonu yoxdur.

    İnsanların uğur mövzusunda öz planlarına əmin olmaqları, uğurun sirrini bildiklərini demələri və ya sosial mediada uğuru əldə etməklə bağlı dedikləri təsdiqlənmiş məlumatlar deyil. Uğura aparan qarantiyalı yollar yoxdur. Yeni başlayanlar üçün, hər iş bənzərsizdir.
    Hərkəsin müraciət edəcəyi və hər iş üçün işlədilə biləcək ortaq bir üsul yoxdur. Normal işlərinizə əlavə olaraq sosial media marketinqi işini də görsəniz nəticələrdə müsbət dəyişikliklər görərsiniz.

    Sosial mediada verdiyinizi almağınız üçün izləyici sayınızın çox olması mütləq deyil

    Digər onlayn sosial marketinq strategiyaları kimi sosial mediada da ən vacib nöqtə xərclədiyiniz pulun nə qədərinin sizə geri qayıtdığıdır. Sosial media strategiyanızı düzgün istifadə etdiyiniz zaman uzun müddətdə çox fayda görəcəksiniz amma başlarda vəziyyət pis görünəcək. 15 dəqiqənizi xərcləyib bir post hazırlayırsınız və bunu 15 nəfər ilə paylaşırsınız. Aylar sonra oxşar postun 15 min nəfər tərəfindən görüldüyünü və sizə qazandırdıqlarını müşahidə etməmək üçün heç bir səbəb yoxdur. Sosial mediada xərclədiyinizin qayıtması biraz vaxt alır amma çox effektiv olur.

    Sosial Platformalar insanlara çatmağınıza sərhəd qoyur

    Sosial media şirkətləri sizə təklif etdikləri imkanlar səbəbi ilə hüquqi olaraq sizdən ödəniş ala bilməkdədir. Sanmayın ki pul verirsiniz və ya sosial medianı istifadə edirsiniz deyə 500 izləyicinizin hamısı etdiyiniz paylaşımı görəcək. Paylaşım edərkən və ya sosial media reklamlarından istifadə edərkən unutmamalı olduğunuz vacib detallardan biri heç bir zaman bütün şəxslərə çata bilməyəcəyiniz gerçəyidir.

    Statistikalar sizə hər şeyi göstərməzlər.

    Sosial medianın bir digər üstünlüyü isə statistikalara çox rahat çata bilmə imkanına sahib olmağınızdır. Demoqrafik məlumatlardan, istehlakçının maraq və davranışlarına qədər bir çox məlumata sahib olursunuz amma bu hər şeyin açıqlığa qovuşacağı mənasına gəlmir. Bu məlumatlar sizə gələcəklə bağlı 100% dəqiq planlar qurmağınıza və istehlakçıların sizin markanıza qarşı olan fərdi fikirlərini müəyyən etmək şansı verməz. Statistikalar daha əvvəl yoxlamadığınız üsullar yoxlamağınıza köməkçi olar.

    Adaptasiya olmaq vacibdir amma yorucudur

    Sosial mediada sıx-sıx dəyişikliklər və yeniliklər olur. Yeni trendlər çıxır və bunları bir səviyyədə tutmaq, öyrənmək, adaptasiya olmaq lazımdır. Uğuru əldə etmək istəyirsənsə ayaq uydurmaq məcburiyyətindəsən.
    Daha çox adaptasiya olmaq istəsəniz belə bu bəzən çox yorucu ola bilir. İşi bir rutinə bağlamaq sizi rahatlaşdırar amma sosial media üçün bunu etmək mümkünsüzdür.

    İşin sonunda çox vaxt özünüzü döyəcəksiniz.

    Sosial media peşmanlıqlarla doludur. Xüsusilə kiçik həcmli peşmanlıqlar yaşayacaqsınız. Sıx-sıx səhvlər edəcəksiniz amma işin sonun etmədikləriniz üçün özünüzü günahlandıracaqsınız. Bir paylaşım etdikdən sonra kütləyə çatmaq üçün bəzən hashtag istifadə etməyi unudacaqsınız. Bəzən sizin rəqiblərinin sizdən əvvəl paylaşım etdiyini görəcək və iç çəkəcəksiniz. Strategiyanızın mükəmməl olmadığını bildiyiniz üçün bu tip şeylərin əvvəlcədən fərqinə varın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər