main-post-cover

    Mars-da həyatın yaradılması üçün daha bir təklif

    07.05.2017
    Farid Pardashunas
    İxtiraçı və milliarder Elon Musk Mars planetinin qütblərində aktiv süni günəşlərin yaradılmasını təklif edib. Qeyd edək ki, Elon Musk SpaceX, Tesla Motors, PayPal kimi şirkətlərin təsisçisi və icraçısı olmaqla yanaşı həmdə SolarCity şirkətinin idarə heyətinin üzvüdür. Həmin günəşlər öz enerjilərini hidrogen bombalarının partlaması nəticəsində alacaqlar. Mars-da yeni həyatın yaradılması istəyini gizlətməyən Elon Musk planeti hidrogen bombalarının köməyi ilə qızdırmağı təklif edib. Hidrogen bombaları planetin qütblərində partlayaraq süni aktiv günəş yarada bilər. Onun fikrincə həmin bombalar planetin qütblərinə bir neçə saniyədən bir göndərilməlidir. Bu barədə o 2 oktyabr tarixində SolarCity şirkətinin New-York şəhərində keçirilmiş tədbiri çərçivəsində qeyd edib. Elon-un fikrincə qütblərdəki süni günəşlər donmuş karbon oksidlərinin buxarlanmasına səbəb ola bilər. Beləliklə planetin atmosfer qatı qalınlaşaraq parnik effekti yarada bilər. Bu isə planetin qızmasına səbəb olacaq. İqlim şəraitinin bu cür dəyişdirilməsinin isə əsas problemi ondan ibarətdir ki, planetdəki karbondioksid-dən ibarət olan buzların buxarlanması üçün hal-hazırda olan hidrogen bomba ehtiyatları kifayət etmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər