main-post-cover

    Mars-ın səthində itkin düşmüş aparat 12 ildən sonra tapıldı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    NASA mütəxəssisləri 12 il bundan öncə Mars səthində yoxa çıxan Beagle 2 eniş modulunu aşkar ediblər. Beagle 2 eniş modulunu özündə birləşdirmiş Mars Express avtomatik planetlərarası stansiyası 2003-cü ildə Avropa Kosmik Agentliyi (ESA) tərəfindən kosmosa göndərilmişdir. Stansiya Mars orbitinə çatmağa müvəffəq olmuşdur. Kosmik aparat onun cənub qütbündə buzlaqların və planetin atmosferində metanın olmasını aşkar etmişdi. 25 Dekabr 2003-cü il tarixində Beagle 2 eniş modulunun planetin səthinə enməsi missiyası baş tutdu. Lakin modulun Yer kürəsi ilə əlaqəsi kəsilmişdi. 12 ildən sonra eniş modulunu NASA mütəxəssisləri Mars Reconnaissance Orbiter kosmik aparatının kamerası vasitəsilə aşkar ediblər. Həmin modul fotoların SRR zoom texnologiyası vasitəsilə işlənməsi zamanı aşkar edilib. Fotolarda Beagle 2 aparatı, onun günəş panelləri və enməsinə şərait yaradan paraşütlər əks olunub. Görünür modul uğurlu şəkildə eniş etmişdir. Lakin Mars Express kosmik aparatı ilə əlaqənin kəsilməsi onun işini dayandırmışdır. Bu cür problem çox güman ki, modulun planetin səthinə enişi zamanı radio antenalarda baş vermiş nasazlıqlar olub.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər