Alimlər Marsın iki təbii peykindən biri olan Fobosun vaxt keçdikcə parçalanıb Saturnun halqasına bənzər halqaya çevriləcəyini bildiriblər."Nature Geoscience" jurnalındə dərc edilən məqaləyə istinadən,alimlər Fobosu yavaş-yavaş parçalanmasına səbəbin Marsın qravitasiya qüvvəsi olduğunu deyiblər.Komputer vasitəsi ilə hazırlanan modeldən yararlanan araşdırmaçılar peykin parçalanıb kosmosun boşluğuna deyil,Marsın ətrafında halqa olaraq qalacağını bildirib.Fobos zəyif maddələrdən təşkil olduğuna görə 20-40 milyon ilə halqaya çevriləcək.Hal-hazırda isə Fobos hər 100 ildə 2 metr Marsa yaxınlaşmaqdadır.Fobos haqqında digər maraqlı fakt isə onun Günəş sistemində planetinə ən yaxın olan peyk olmasıdır.
Fobosun yeni şəkilləri onun səthində çuxurların olduğunu da göstərir.Alimlər bunlara da Marsın səbəb olduğunu bildirib.
Şərh yoxdur