Mars şəraitində qalacaq 6 könüllü

Mars şəraitində qalacaq 6 könüllü

08.05.2017 PAYLAŞIM

NASA Mars uçuşu əks etdirən bir təcrübəni reallaşdırmaq üçün 6 könüllü ilə iş birliyi imzalayıb. Könüllülər 365 gün ərzində dünyadan tamamilə təcrid olunaraq Havay adalarındakı mars landşaftını xatırladan Mauna-Loa yatmış vulkanın ətəyində qalacaqlar. Bu NASA-nın 2013-cü ildən başlayaraq 3-cü bu tip sınağıdır. İlk qrup 4, ikinci qrup isə 8 ay bu şəraitdə yaşamışdı. Yeni təcrübə isə artıq gələn həftə 28 avqusta başlayacaq. NASA üzvü olan Kim Binsted deyir: "Bu təcrübənin vaxtı uzandıqca kosmik səyahətin necə çətin olduğunu daha yaxşı anlayırıq". Təcrübəçilər ümid edirlərki 2030-cu ilə planlaşdırılan Marsa ilk kosmik uçuşa qədər bütün təcrübələri bitirib müsbət nəticə alacaqlar. Təcrübənin əsas məqsədi 1 il boyunca könüllülərin pxisi və tibbi problemlərini araşdırmaq onların hansı təhlükələrlə üz üzə qalacaqlarını araşdırmaqdır. Bu 6 könüllü (30 yaşlı 3 qadın və 3 kişi) müxtəlif sınaqlardan keçərək minlərlə adam arasından seçilmişdir. 




DAHA ÇOX

×