main-post-cover

    Mars öz atmosferini nece itirib?

    07.05.2017
    Farid Pardashunas
    Süni peyk olan HACA MAVEN Mars planetinin isti və rütubətli halından necə indiki halına gəldiyi haqqında məlumat yığıb. MAVEN-in (Mars Atmosphere and Volatile Evolution) köməkliyi ilə mütəxəssislər günəş küləyinin nəticəsində Mars planetinin atmosferindəki qazın hansı sürətlə itdiyini aydınlaşdırıblar. Sonuncu araşdırmalar onu göstərdi ki, Mars-da əvvəllər atmosfer və Şimal Buzlu okeanının ümumi su həcmindən daha böyük su mənbəyi olub. Buna baxmayaraq bütün bu atmosfer yox olub. MAVEN-in hesablamaları onu göstərir ki, günəş küləyi Mars-ın atmosferindəki qazı saniyədə 100 qram sürətlə yox edir. Bundan əlavə olaraq bu ilin mart ayında baş vermiş künəş qasırğaları kimi hadisələr qazın itirilməsini daha da sürətləndirir. Kolorado universitetindən olan və MAVEN-in aparıcı müşahidəçisi sayılan Bruce Jakosky-nin sözlərinə görə milyardlarla il bundan qabaq hələ Günəş cavan olanda qazın itirilməsi daha böyük idi. 
    Günəş küləyi - proton və elektronlardan ibarət olub Günəş tərəfdən saniyədə 300-1200 km sürətlə hərəkət edən hissəciklər axınıdır. Günəş küləyinin maqnit sahəsi Mars-ın yanından keçərkən elektrik sahəsi yaradır. Nəticədə elektrik sahəsi Mars atmosferinin yuxarı qatlarındakı elektrikləşdirilmiş qaz və ion atomlarını sürətləndirir. Sonda isə qaz açıq kosmosa yayılaraq yox olur. Əgər bizim planetin maqnit sahəsi olmasa idi həmin proses Yer kürəsi ilə də baş verəcəkdi. Əslin vaxtı ikən Mars-dada maqnit sahəsi olub. Lakin bilinməyən səbəblərə görə o yox olub. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər