main-post-cover

    Marvel-in digər məşhur personajı "Spider-Man: Homecoming" filmində geri qayıdacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Marvel Studios-un direktoru Kevin Feige bir müddət bundan öncə bildirmişdi ki, "Spider-Man: Homecoming” filmində Marvel-in digər personajları da yer alacaqlar. Verilən məlumata əsasən Sony Pictures tərəfindən çəkiləcək "Spider-Man: Homecoming” filmində Iron Man personajı qayıdacaq. Qeyd edək ki, Marvel ilə Robert Downey Jr. arasında bir neçə il bundan öncə bağlanmış müqaviləyə əsasən aktyor Spider-Man haqqında çəkiləcək yeni filmdə rol almamalıdır. Lakin görünür şirkət aktyorun filmdə oynaması üçün çox əziyyət çəkib. Bundan əlavə olaraq bir neçə vaxt bundan öncə məlumat paylaşılmışdı ki, Marvel Michael Keaton ilə danışıqlar aparır. Məlumata əsasən Michael "Spider-Man: Homecoming” filmində mənfi obrazı canlandıracaqdı. Lakin hansı personajdan söhbət getdiyi bilinmirdi. Təəssüf ki, Michael Keaton ilə danışıqlar nəticəsiz olub. "Spider-Man: Homecoming” filmi 2017-ci ilin iyun ayında böyük ekranlara çıxacaq. Filmin çəkilişləri isə yaxın bir ay ərzində start götürəcək. Spider-Man obrazını Tom Holland canlandıracaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər