main-post-cover

    "Maserati" elektriklə işləyən avtomobil istehsal edəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Elektrikli avtomobillər son vaxtların ən dəyərli texnologiyalarındandır. Görünüşə baxılarsa bir çox şirkətin daxil olduğu bu sahəyə bahalı avtomobilləri ilə məşhur olan Maserati də qoşulur. 

    Ənənəvi avtomobil istehsalçıları elektrikli avtomobil bazarına daxil olmaq üçün bir-bir yeni modellərini bazara buraxırlar.
    Daha əvvəl elektrikli SUV avtomobil istehsal edəcəyini deyən "Mercedes"dən sonra, indi də bir başqa dəbdəbəli avtomobil istehsalçısı "Maserati"dən rəsmi açıqlama gəldi. Açıqlamaya görə şirkətin elektrikli avtomobili 2020-ci ildə satışa çıxarılacaq.
    Fiat Chrysler bölməsinin sahib olduğu italyan avtomobil istehsalçısı "Maserati", bugünə qədər həmişə dəbdəbəli və buna bağlı olaraq da yüksək qiymətli avtomobillər istehsal etmiş bir firmadır. Maserati elektrikli avtomobili, Fiat Chryslerin istehsal etdiyi ikinci elektrikli avtomobil olacaq. Bu barədə Car and Driver-a bir reportaj verən Maserati mühəndisi Roberto Fedeli, "2020-ci ildən əvvəl bir şeylər nümayiş etdirə biləcəyimizi düşünürəm. Bəlkə 2019" açıqlamasını verdi.
    Hələki avtomobilin texniki detalları bilinməsə də, təxminlər bu avtomobilin kiçik həcmli bir model olacağı istiqamətindədir.
    Linki kopyala