2012-ci ildə son Mazda RX-8-in fabrikdən çıxışı ilə Wankel mühərriklərinin sonu çatsa da Mazda öz imzasını daşıyan bu güc aqreqatından həmişəlik əl çəkmək fikrində deyil. İlk dəfə 1967-ci ildə Mazda Cosmo Sport Coupe ilə avtomobil dünyasında tanınan rotary tipli mühərrikin yeni versiyası Skyactiv-R (rotary) adı ilə debüt edir.
Mazda RX-7-nin davamçısı kimi görünən RX-VISION adlı yeni konsept avtomobili arxa hissədən xələfinə bənzəsə də ön tərəfdə 90-ci illərdən sonra bir daha geri qayıtmayan "pop up" fənərlərin olmaması yeni üzün yaranmasına səbəb olur.
Avtomobilin mühərrik həcmi və yenilənmiş Wankel-in xüsusiyyətləri barədə hələki məlumat olmasa da şayiələrə görə Mazda yeni RX-də 1.3 yox 1.6 litr mühərrikdən istifadə edəcək.