
McDonalds işçilərini Snapchat-dən seçəcək!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünki dünyaca məşhur fast food zənciri McDonalds, işci qəbulunu Snapchat üzərindən edəcəyini açıqladı!
Günün bəlkə də ən maraqlı xəbəri Avstraliyadan gəldi və
McDonalds işçi qəbulunu Snapchat üzərindən edəcəyini elan etdi. Bu qərar bütün McDonalds şöbələrini
əhatə etmədiyini dərhal ifadə edək.
Snapchat ilə iş müraciəti necə edilə bilər?
Texnologiyanın artıq həyatımızdakı yeri müzakirə edilə bilməsi belə mümkün deyil amma McDonalds tərəfindən
verilən bu qərarı anlamaq da asan bir iş deyil. Snaplications adıyla təqdim
olunan bu yenilik, işə müraciət edənlərin
üzərlərində McDonalds forması ilə Snapchat üzərindən 10 saniyəlik videolar göndərmələri
tələb olunur.
McDonalds Avstraliyadan edilən şərhdə isə "hesab edirik ki,
bu dünyada bir ilk oldu. Snaplications adını verdiyimiz bu yenilik istifadəçilərə
birbaşa olaraq iş müraciəti edə bilmə imkanı tanıyır. Ya da ən azından bu
istiqamətdə bir addım atmış olurlar. Ölkənin bir nömrəli gənc əhaliyə iş təmin
edən firması olaraq , işci qəbullarını daha da yenilikçi və müasir bir hala gətirə
bilmək üçün bütün gücümüzlə çalışırıq.” cümlələri ifadə edildi.

McDonalds firmasının buradakı məqsədinin, potensial iş
müraciətlərində insanların nə qədər rəngli bir şəxsiyyətə sahib olduqlarını və
müsbət enerji yayıb yaymadıklarına nəzarət edə bilmək olduğu ortadadır. Bir fast food zənciri
üçün olmazsa olmaz xüsusiyyətlər bunlar olsa gərək.
Linki kopyala
Həftənin xəbərləri

