main-post-cover

    McDonalds işçilərini Snapchat-dən seçəcək!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünki dünyaca məşhur fast food zənciri McDonalds, işci qəbulunu Snapchat üzərindən edəcəyini açıqladı!

    Günün bəlkə də ən maraqlı xəbəri Avstraliyadan gəldi və McDonalds işçi qəbulunu Snapchat üzərindən edəcəyini elan etdi. Bu qərar bütün McDonalds şöbələrini əhatə etmədiyini dərhal ifadə edək.

    Snapchat ilə iş müraciəti necə edilə bilər?

    Texnologiyanın artıq həyatımızdakı yeri müzakirə edilə bilməsi belə mümkün deyil amma McDonalds tərəfindən verilən bu qərarı anlamaq da asan bir iş deyil. Snaplications adıyla təqdim olunan bu yenilik, işə müraciət edənlərin üzərlərində McDonalds forması ilə Snapchat üzərindən 10 saniyəlik videolar göndərmələri tələb olunur.
    McDonalds Avstraliyadan edilən şərhdə isə "hesab edirik ki, bu dünyada bir ilk oldu. Snaplications adını verdiyimiz bu yenilik istifadəçilərə birbaşa olaraq iş müraciəti edə bilmə imkanı tanıyır. Ya da ən azından bu istiqamətdə bir addım atmış olurlar. Ölkənin bir nömrəli gənc əhaliyə iş təmin edən firması olaraq , işci qəbullarını daha da yenilikçi və müasir bir hala gətirə bilmək üçün bütün gücümüzlə çalışırıq.” cümlələri ifadə edildi.

    McDonalds firmasının buradakı məqsədinin, potensial iş müraciətlərində insanların nə qədər rəngli bir şəxsiyyətə sahib olduqlarını və müsbət enerji yayıb yaymadıklarına nəzarət edə bilmək olduğu ortadadır. Bir fast food zənciri üçün olmazsa olmaz xüsusiyyətlər bunlar olsa gərək.
    Linki kopyala