McDonald 's mərkəzləri PokeStop olur. (Oyunun biznes modeli ortaya çıxdı)

McDonald 's mərkəzləri PokeStop olur. (Oyunun biznes modeli ortaya çıxdı)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

McDonald\'s və Niantic arasında bağlanan müqaviləyə əsasən məşhur "fast food" şəbəkəsi olan McDonald\'s mərkəzləri Pokestop-lara çevrilir.

Son günlər gündəmdən düşməyən və sürətlə yayılan Pokemon GO oyunu hələ ki, ABŞ, Yeni Zellandiya və Avstraliyada aktiv olmasına baxmayaraq bütün dünyada maraqla oynanılır. Oyunda olan Pokestop-lar oyunçular üçün çox önəmlidir və dünən yayılan xəbərlərdə bu Pokestop-ları Niantic-in başqa şirkətlərə marketinq açarı olaraq satacağı haqqında məlumatlar yayılmışdı. Son yayılan məlumata görə isə McDonald\'sNiantic arasında əldə olunan razılığa əsasən McDonald\'s mərkəzləri PokeStop-a çevriləcək. Təkcə Pokestop kimi istifadə edilməyən bu xüsusi yerlərdə Pokemon GO oyunçuları üçün əlavə imkanlar da təqdim olunacaq.

Beləliklə, həm oyunçular, həm Niantic həm də McDonald\'s qazanmış olacaq. Belə ki, oyunçular xüsusi Pokestop ərazilərini ziyarət etməklə əlavə üstünlüklərdən faydalanacaqlar. Bunun qarşılığında isə McDonald\'s kifayət qədər müştəri cəlb etmiş olacaq. 3-cü tərəf olan Niantic isə bu müqavilədən xeyli pul qazanacaq. Bu müqavilədən sonra oyunun böyük bir biznes modelə sahib olduğu ortaya çxmış olur. Oyun daxili alış-verişlərdən oyunçulardan külli miqdarda pul qazanan Niantic yeni müqavilələri ilə B2B sektorundan da əlavə gəlir əldə edəcək. Müqavilənin detalları hələ ki, tam olaraq məlum olmasa da işin digər maraqlı bir tərəfi sosial təsiridir. Pokemon GO-nun ciddi olaraq kökəlməyə qarşı mübarizə apardığını nəzərə alsaq, oyunçuların McDonald\'s kimi "fast food" satan məntəqlərə cəlb olunması müəyyən mənada məntiqsizlik yaradır. Çünki, həmin məntəqlərə gələn oyunçular yəqin ki, McDonald\'s-dan nəsə alacaqlar və günlərini həmin məkanlarda keçirəcəklər. 

Hələ ki, böyük ehtimalla ABŞ-da tətbiq olunacaq bu müqavilə qısa zaman ərzində bütün dünyada və ölkəmizdə də gözlənilə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramçıların maaşları ölkələrə görə necə dəyişir?

Əgər bir proqramçısınızsa və bir çoxları kimi siz də San Fransisco-da bir həyatı n xəyalını q..


"Apple", istifadəçilər üçün Apple Support tətbiqini təqdim etdi..

\"Apple” şirkəti iPhone və iPad-lər üçün nəzərdə tutulmuş Support tətbiqini təqdim edib. ..


Uber-in rəqibi Lyft taksi xidməti rekord qırdı

Çin-dəki \"Didi Chuxing\" rəqabətində geri çəkilən Uber-in ABŞ-dakı rəqibi Lyft, iyul a..


Kingii - Xilasedici Qolbağ

Yaxşı üzə bilərik ya da heç üzməyi bilmir də ola bilərik amma yenə də dənizin zarafatı olmadığ..


Məşhur "techcrunch.com" saytı "OurMine Team" tərəfindən hack..

Bu dəqiqələrdə texnologiya və startap xəbərləri ilə məşhur platforma olan \"techcrunch.com\&qu..


Verizon, Yahoo-nu 4,8 milyard dollara satın aldı

Yenilənmə: Xəbər rəsmi olaraq təsdiqləndi. \"Verizon\"un \"Yahoo\"nu alması x..

×