main-post-cover

    McDonald\'s sifariş metodunu dəyişdirir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Fast food restoranları şəbəkəsi McDonald's, müştərilərini kassa qarşısında gözlədən sifariş metodunu dəyişdirərək, texnologiya vasitəsilə yeni bir sifariş formatına keçid edir.

    Fast Food restoran şəbəkələrinin kassa qarşısında sifariş verib yeməyi götürərək masaya aparmaq üsulu artıq son zamanlarını yaşayır. Məşhur fast food şəbəkəsi McDonald's, artıq hamburger yeməyə gəlmiş müştərilərini kassa qarşısında gözlətmədən masada sifarişlərini alacaq. 
    Ancaq bunu klassik, ofisiantla sifariş  alaraq deyil, sensor ekranlı kiosklar (terminallar) vasitəsilə edəcək. 
    McDonald'sın New Yorkdakı restoranlarında tətbiq edilməyə başlanılan yeni üsulla, müştərilər oturduğu masanın yanındakı sensor ekranlı kioskdan istədikləri menyuları və məhsulları seçərək sifarişi yaradır, ödənişi kredit kartı ilə edir və yeməyin oturduqları masaya gəlməsini qeyd edirlər.
     

    Yeni üsul, fast food şəbəkələrində xərclərin (əslində maaş nəzərdə tutulur) böyük qismini əlində saxlayan kassa işçilərinin sayında azalmağa səbəb olacağı üçün rəqabət ilə qiymətlərin düşməsinə də səbəb ola biləcək.
    Əlbəttə McDonald's belə bir metodu həyata keçirmişkən, ən böyük iki rəqibi BurgerKing KFC-nin də boş dayanmasını gözləmirik.  İrəlidəki günlərdə BurgerKing-in və KFC-nin də oxşar bir sistemi həyata keçirdiyinin xəbərini yazsaq sizlərə sürpriz olmasın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər