main-post-cover

    125 dollarlıq Meizu M3 Note, 7 dəqiqədə 100.000 ədəd satıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Meizu'nun keçən həftə təqdim etdiyi Meizu M3 Note, 7 dəqiqə ərzində 100.000 ədəd satıldı.

     
    Azərbaycanda da kifayər qədər istifadəçisi olan Meizu, Çin şirkəti olaraq üzərinə düşən işin maksimum şəkildə öhdəsindən gəlir. Dünya bazarına ucuz büdcəli telefonlar çıxaran bu şirkətin smartfonları texniki baxımdan heçdə flaqman modellərdən geri qalmır. Keçən həftə, 125 və 154 dollar qiymət etiketləri ilə (2 GB və 3 GB RAM) satışa çıxarılan Meizu M3 Note 7 dəqiqə ərzində 100.000 satış rəqəminə çatmağ bacarıb. Meizu'nun flaqman modeli hesab edilən bu cihaz orta büdcəli telefon istifadə edənlər üçün əvəzolunmaz seçimdir. Azərbaycanda təxminən 300 AZN qiymətə satılacağı təxmin olunan bu modelin texniki xüsusiyyətləri aşağıdakı kimidir:


    • 1920 x 1080 sıxlığında 5.5 düyüm ekran
    • 1.8GHz sürətli 8 nüvəli MediaTek Helio P10 çipset, Mali T860 qrafik oynadıcı
    • 2 GB RAM / 16 GB daxili yaddaş ve 3 GB RAM / 32 GB daxili yaddaş alternativləri (128 GB’a qədər artırıla bilir)
    •  Android 5.1 Lollipop
    • Dual SİM dəstəyi
    • 13/5 MP arxa və ön kamera
    • Barmaq izi sensoru
    • 8.3 mm incəlik ve 163 qram ağırlıq
    • 4G LTE dəstəyi
    • 4100mAh gücündə batareya

    Linki kopyala