

"Meizu” şirkəti dünən öz ilk "ağıllı” saatı Meizu Mix-i anons edib. Əslində isə şirkət klassik saat korpusuna sahib fitnes qolbaq hazırlayıb. Belə ki, cihazın rəqəmsal ekranı yoxdur.

Rəqəmsal ekranın olmadığından Meizu Mix-i "ağıllı saat” adlandırmaq olmaz. Onun yerinə saat sapfir şüşə ilə örtülü 42 mm-lik analoq tipli siferblatdan ibarətdir. Saatın korpusu paslanmayan poladdan hazırlanmışdır. Onun qalınlığı isə 12 mm-dir. "Technote.az”ın "Gizmochina” mənbəsinə istinadən verdiyi xəbərə əsasən Meizu Mix rahatlıqla 30 m su dərinliyinə davamlı olur. Bu saatlar 240 gün ərzində enerji yığmadan çalışma xüsusiyyətinə sahibdirlər. Enerji yığma mənbəyi kimi isə CR2430 formatlı standart batareyalardan istifadə olunur.
Şirkətin anons etdiyi saatlar adi fitnes qolbaqların yerinə yetirdiyi funksiyaları icra edir. Məsələn gedilən addımları saymaq, yuxu fazalarına nəzarət etmək və mobil telefondan olan bildirişləri istifadəçinin diqqətinə çatdırmaq. Cihazın "Meizu” şirkəti istehsalı smartfonlardan başqa digər mobil brendlərini də dəstəkləyəcəyi hələki bilinmir. Buna baxmayaraq Meizu Mix Bluetooth 4.0 protokolunu dəstəkləyir. Saatlar 5 variantda təqdim olunub. Metal qolbağa sahib (gümüşü və qara rənglərdə), dəri kəmərə sahib (qəhvəyi və qara rənglərdə) və sintetik kəmərə sahib (ağ-göy rəngdə). Bu özəlliklərdən asılı olaraq saatların qiyməti müvafiq olaraq 150$, 196$ və 226$ arası dəyişəcək.
Şərh yoxdur