Meksikada yerləşən mağaralardan birində qəribə həyat növü aşkar edilib
07.05.2017
Farid Pardashunas
NASA-nın Astrobiologiya İnstitutunun alimləri, Meksikada yerləşən mağarada qəribə həyat növü tapıblar.
Belə ki, alimlər, selenit kristallarının tərkibində müasir elmə məlum olmayan ekstremal həyat növü aşkar
ediblər. Alimlərin yeni kəşfinə 40-a yaxın bakteriya və viruslar daxildir. Onların müasir elmə məlum olan növləri ilə aşkar edilmiş nümayəndələr arasında
10% fərq var. Alimlərin məlumatlarına əsasən aşkar edilmiş bakteriya və
viruslar 10-60 min il ərzində izolə olunmuş mühitdə yerləşiblər. Hesablamalara əsasən
həmin mağarada yüksək səviyyədə nəmişlik və atmosfer turşuluğu var. Oksigen isə
tamamilə yoxdur. Bir çox orqanizmlər bu cür şəraitdə sağ qala bilməzdilər.
Lakin aşkar edilmiş orqanizmlər, enerjini, sulfidlərdən, dəmirdən, manqandan və mis oksiddən alırlar. Alimlərin fikrincə bu kəşf, Yupiter və Saturn-un
buzlaqlarında həyatın olma ehtimalını yüksəldir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!