main-post-cover

    Tam yeni Mercedes-Benz E-Class

    07.05.2017
    Farid Pardashunas
    Mercedes-Benz-in məşhur sedanı və orta seqmentin ən yaxşı oyunçularından biri olan E-Class nəhayət yeniləndi. Artıq qardaşları S-Class və C-Class-a daha çox bənzəyən E-Class hər yeniləmədən sonra olduğu kimi daha da güclüdür.


    Yeni E-Class-ın salonunda ilk diqqət çəkən məqam 12.3 inç ölçülü mərkəzi idarə sistemi olur. Bu sistem multifunksional sükan ilə də idarə edilə bilir və beləliklə sürücü əlini sükandan çəkmədən daim hər şeyi nəzarət altında saxlaya bilir.
     
     
    Avtomobildə Classic, Sport və Progressvie adlı üç sürüş modu var. Eyni zamanda səslə idarə üçün Mercedes yeni sedanına "LINGUATRONIC" adlı səslə idarə sistemi də əlavə edib. Bütün bunlar geniş idarə sistemi ilə idarə olunsa da klimat kontrol idarə düymələri yenə sürücün istədiyi yerdə, yəni orta konsolun alt hissəsində öz yerini qoruyur.

     
    Avtomobilin mühərrik seçimlərinə isə E200 modeli 2 litr turbo mühərrikdən güc alır, hansı ki, 184 at gücü və 300nm tork hasil edir, bu mühərrikin dizel qarşılığı isə 195 at gücündədir. Daha böyük həcmli mühərrik istəyənlər üçün isə yenə 2 litr turbo mühərrikdən güc alan 241 at güclü E300 modeli satışa buraxılacaq. Daha sonra isə turbo ilə dəstəklənən 6 silindirli 3 litr mühərriklə çalışan E450 və ənənəvi E63 AMG-də model sırasına əlavə olunacaq.
     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər