main-post-cover

    Mesajlarınızı Obama özü oxuyacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Artıq ABŞ Prezidenti Barak Obamaya Facebook-un Messenger botu vasitəsilə öz məsajlarınızı göndərə bilərsiniz

    Bəli, artıq siz ABŞ Prezidenti Barak Obama(Barack Obama) ilə də söhbət edə bilərsiniz. Bildiyiniz kimi bir müddətdir "Facebook-un Messenger-ə daxil etdiyi bot sistemi sayəsində qarşınızda bir insan varmış kimi botla bəzi mövzular haqqında danışa bilər, hətta bəzi markalardan məhsul da sifariş edə bilərsiniz. Qısa zamanda kütlə tərəfindən qəbul edilən Messenger bot sistemi artıq ticarət daxil olmaqla bir çox başqa məqsədlər üçün də istifadə olunmağa başladı. Buna missal olaraq Ağ evin artıq Messenger Bot proqramını istifadə etməyə başlamasını göstərmək olar. Beləliklə, Facebook Messenger bot istifadəçiləri Barak Obamaya məktub yaza biləcək və öz növbəsində Prezident də gecələr sizin məktublarınızı oxuyacaq. Ağ evin Facebook-un Messenger bot istifadə etməsi eyni zamanda Facebook-un daha çox tələb olunan sosial şəbəkə olması anlamını verir.

    Linki kopyala