main-post-cover

    Mesajın sonuna nöqtə qoymayın.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Binghamton universitetinin araşdırmasına görə mesajın sonuna nöqtə qoymaq qarşı tərəfə olan aqressiya kimi başa düşülür.
    Qrammatik qaydalara uyğun olsada mesajın sonuna nöqtə qoymaq insanların tərəfindən elə də xoş qarşılanmır. Ən əsası səmimiyyətdən kənar hesab olunur. Araşdırmalar göstərir ki, mesajın sonunda nöqtə qoyan inasanlar aqressiv, səmimiyyətsiz kimi qəbul edilir. Üz-üzə danışıqdan fərqli olaraq mesajlaşma zamanı mimika və jestlər aydın şəkildə ifadə oluna bilmir və nəticədə müəyyən mənada anlaşılmazlıq yaranır. Nöqtə əvəzinə müxtəlif emosiyalardan (smile) istifadə etmək daha məqsədə uyğundur. Bu insanların həmin ana olan hisslərini ifadə edir. Sonu nöqtə ilə bitən və sonunda nöqtə qoyulmayan iki mesajı araşdıran komanda belə qənaətə gəlib ki, məhz sonda nöqtəsi olmayan cümlə insanlar tərəfindən  daha pozitiv və səmimi qarşılanır. 
    Linki kopyala