main-post-cover

    Məşhur aktyor Anton Yelchin vəfat edib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir çox izləyicilərə "Terminator: Salvation” və "Star Trek” film seriyalarındakı rolları ilə tanınan aktyor Anton Yelchin öz qrajında ölü olaraq aşkar edilib. Verilən məlumata əsasən 27 yaşlı aktyor bədbəxt hadisə zamanı dünyasını dəyişib. Belə ki, aktyor qarajda olarkən onun avtomobilinin sürət qutusu neytral halda idi. Lakin buna baxmayaraq avtomobil yerindən tərpənərək aktyoru qarajın daş divarına sıxıb. Nəticədə aktyor dünyasını dəyişib. Yelchin-in cəsədini onun tərəfdaşları aşkar ediblər. Onlar aktyorun hansısa filmin məşqlərinə gəlməməsi səbəbilə narahatlıq keçirdərək aktyorun axtarışına çıxıblar. Qeyd edək ki, Anton Yelchin SSRİ dövründə fiqurlu konkisürmə idman növü ilə məşqul olmuş ailədə doğulmuşdur. 1989-cu ildə onun ailəsi siyası sığınacaq əldə edərək ABŞ-a köçmüşdür. Anton-un aktyorluq karyerası hələ 90-cı illərdə başlamışdır. Lakin ona məşhurluq gətirən film 2006-cı ildə böyük ekranlara çıxmış "Alpha Dog” olmuşdur. Gələn ay aktyorun sonuncu dəfə rol aldığı "Star Trek: Beyond” filmi böyük ekranlara çıxacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər