Məşhur brendlərin adları necə yaranıb?

Məşhur brendlərin adları necə yaranıb?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyada olan bir çox məşhur brendlərin adlarını eşitdikdə onların hansı məhsulları istehsal etdiklərini həmin anda başa düşürük. Lakin bizlər həmin brendlər haqqında nələri bilirik?
Məsələn onların adlarının necə yarandıqları maraqlıdır. Elə isə bəzi məşhur brendlərin adlarının haradan törədiyinə nəzər salaq.
Adidas - şirkətin əsasını qoymuş Adolf Dasslerin şərəfinə adlandırılmışdır.
 
Adobe - şirkətin əsasını qoymuş John Warnockun evinin arxasında axan Adobe Creek çayının şərəfinə adlandırılmışdır.
 
Apple - alma Steve Jobsun ən sevdiyi meyvə idi. 3 aylıq ad axtarışından sonra Steve öz tərəfdaşlarına qətiyyətlə dedi:
"Əgər siz saat 5-ə qədər yaxşı variant təklif edə bilməsəz mən şirkətin adını Apple adlandıracam". Qeyd edək ki, Apple Macintosh ABŞ-da satılan alma növüdür.
 
Google - adı Googol sözündən törəyib. Googol 1 rəqəmi və yanında 100 dənə sıfır olan ədəddir. Google sözü isə şirkətin yaradıcılarının ilk investordan aldıqları çekin üstündə yazılmışdır. Beləliklə onlar şirkətin adını Google adlandırdılar.
 
Hotmail - şirkətin əsasını qoymuş Jack Smithin ağlına web vasitəsilə dünyanın istənilən yerindən elektron poçta keçid etmək ideyası gəlmişdi. Sözügedən servisin biznes planını hazırlayan zaman Sabeer Bhatia sonu mail sözü ilə bitən bütün mümkün olan sözləri istifadə etmişdir. Lakin sonda o servisi hotmail adlandırmaq qərarına gəldi. Səbəbi isə hotmail sözündə HTML (web səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dil) hərflərinin olması idi. 
 
HP (Hewlett-Packard) - şirkətin əsasını qoymuş Bill Hewlett və Dave Packard şirkətin adında ilk öncə kimin adının əks olunacağı üçün qəpik atıblar. Adından da bilindiyi kimi Bill Hewlett qalib gəlmişdir.
 
Intel - Robert Noyce və Gordon Moore şirkəti Moore Noyce adlandırmaq istəyirdilər. Lakin o vaxtlarda artıq həmin adı daşıyan otellər zənciri var idi. Şirkət İNTegrated Electronics sözünün qısaldılmış versiyası olan İntel kimi adlandırıldı.
 
Kodak - "K" George Eastmanın ən sevdiyi hərf idi. O sözügedən hərflə başlayan və bitən söz axtarırdı. "K" hərfi bütün əlifbalarda eyni cür yazılır. Beləliklə şirkət Kodak adlandırıldı. 
 
LG - şirkətin adı Koreyanın iki brendi Lucky və Goldstarın ilk hərflərinin birləşməsindən yaranmışdır.
 
Mitsubishi - 1870-ci ildə şirkətin əsasını qoymuş Iwasaki Yataro bu adı fikirləşmişdir. Yapon dilindən tərcümədə mitsu - üç, hishi - romb deməkdir. Lakin şirkətin adında "b" hərfinin olmağı təsadüfi deyil. Belə ki, yaponlar "h" hərfini sözün ortasında "b" kimi tələffüz edirlər. Şirkətin loqosuna gəldikdə isə üçyarpaq Iwasaki Yataronun ailəvi gerbində olmuşdur.
 
Motorola - Paul Galvin şirkətin adını fikirləşəndə şirkət avtomobillər üçün radio istehsal etməyə başlayırdı. O vaxtlarda audio komponent istehsalçılarının bir çoxlarının adları "ola" ilə bitirdi.
 
Nike - şirkətin adı qədim yunan mifologiyasında qalibiyyət tanrısı sayılan Nikadan əmələ gəlib.
 
Nintendo - bu ad 3 yapon ieroqlifindən əmələ gəlib (Nin-ten-do). Həmin ieroqliflerin tərcüməsi "səmalar ağır işə xeyir-dua verir" kimi səslənir.
 
Nokia - Fin şəhəri Nokiada ağac emalı zavodu kimi başlayaraq və rezin məhsulları istehsal edən şirkət səviyyəsinə qalxmış telefon istehsalçısı.
 
Reebok - balca və sürətli Afrika antilopunun şərəfinə adlandırılıb.
 
Samsung - Koreya dilindən tərcümədə "samsung" sözü "üç ulduz" mənasını daşıyır.
 
Subaru - şirkət bürcün şərəfinə adlandırılmışdır. Şirkətin loqosunda əks olunan ulduzlar həmin bürcün əlamətlərini bildirir.
 
Yahoo - bu sözü Jonathan Swift "Gulliver\'s Travels" adlı kitabında fikirləşmişdir. Kitabda heç kimin xoşuna gəlməyən adamı Yahoo deyə adlandırırdılar. Yahoo şirkətinin yaradıcıları Jerry Yang və David Filo bir-birlərini bu cür adlandırdıqları üçün şirkətin adını Yahoo qoyublar. Lakin indi Yahoo sözünün açılışı "Yet Another Hierarchical Officious Oracle" kimi gedir.
 
Yandex - ad "Yet Another Indexer" sözündən formalaşıb. 
 
Rambler - şirkətin adı Rambler ingilis sözündən götürülüb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast..


Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış siste..

Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmas..


Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abu..

SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib...


Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi.


Elon Musk, Marsda peyk interneti yaratmağı planlaşdırır

Elon Musk, Mars planetinin fəth olunması üçün böyük planlar hazırlamaqla məşuldur.


Analitiklər elektromobillərin qiymətlərinin nə zaman düşəcəklərini açıqlayıblar..

Analitiklərin hesablamalarına əsasən elektromobillərin nəqliyyat bazarındakı payı bu il 10% gələn il..

×