Məşhur cihaz və servislər keçən əsrdə yaradılsaydılar hansı görünüşə sahib olardılar?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İndiki günümüzdə bizim üçün artıq adiləşmiş rəqəmsal cihazlar və funksiyalar texnoloji tərəqqinin 20 və ya 100 il bundan öncəki halında yaradılsaydılar hansı görünüşə sahib olardılar?
20 -150 il bundan öncəki Instagram
20 -150 il bundan öncəki Instagram
Rusiyalı dizayner Mixail Petrik Windows 95 üçün nəzərdə
tutulmuş Instagram fotoservisinin konsept fotolarını təqdim etmişdir. Günümüzdə
ən məşhur fotoservis olan Instagram 800x600 ölçülü ekran və 8-bitlik rəng sxemi
olan cihazda məhz bu cür çalışacaqdı. Instagram-ın bu versiyasının istifadəçiləri
fotoları yükləyə və onları bəyənə bilərdilər. Bu versiyada hətda animasiya dəstəyi
də mövcuddur. IKEA şirkəti hətda Viktorian dövrünün Instagram versiyası üçün
satirik reklam da çəkmişdir.
80-ci illərin sonunda iPhone
80-ci illərin sonunda iPhone
Pierre Cerveau adlı konsept dizayner 2007-ci ildə deyil
ondan 20 il öncəki iPhone modelini təqdim edib. O vaxtın texnologiyaları sayəsində
kiçik kitab ölçüsündəki cihaza ekran yerləşdirməyə imkan verirdi. Lakin bu cür
cihazın batareya həcmi kiçik olacağından o uzun müddət çalışa bilməzdi.
90-cı illərdə Facebook
90-cı illərdə Facebook
90-cı illərdə Facebook kimi sosial şəbəkələrin çalışması
üçün hər bir şərait mövcud idi. Bu cür servislər qoşulma sürəti və fotoların
keyfiyyəti ilə seçilə bilərdilər. Lakin onlar müasir versiyalar kimi çalışa bilərdi.
"SquirellerMonkeyCom” layihəsi 90-cı illərin Facebook sosial şəbəkəsini tanıdan
reklam çarxını təqdim edib. Reklam çarxında o illərdə sosial şəbəkənin necə
görünəcəyi və onun bəzi funksiyaların necə çalışacağı haqqında təsəvvür əks
olunub.
80-ci illərdə Google
80-ci illərdə Google
SquirellerMonkeyCom-un daha bir videosu Google axtarış
sisteminə həsr olunub. Təqdim olunmuş videoda axtarış sisteminin interfeysi rəngbərəng
simvollar ilə təsvir olunub. Həmin simvollar isə öz növbəsində Google-ın start
səhifəsinə bənzəyir. Axtarış sorğusunun yazılmasından sonra sistem istifadəçinin
başqa sözü nəzərdə tutub tutmadığını ondan soruşur. Axtarış prosesi çox zaman
alır və Dial-up vasitəsilə internetə qoşulan zaman gələn səs ilə müşaiyət
olunur.
Müasir dövrümüzdə Macintosh
Müasir dövrümüzdə Macintosh
Bu konsept fotonun müəllifi müasir məhsulu keçmişə deyil,
keçmiş məhsulu müasir dövrə keçirdib. 1984-cü ildə Apple şirkəti Steve Jobs-un
rəhbərliyi altında ilk Macintosh-u təqdim etmişdir. O vaxt Macintosh qrafik
interfeysə və rahat mətn redaktoruna sahib yeganə kompüter idi. Curved layihəsinin
dizaynerləri Macintosh-un müasir texnologiyalar sayəsində hazırlanaraq hansı
görünüşə sahib ola biləcəyini təqdim ediblər. Konsept fotonun müəllifləri
orijinal Macintosh-un ekran və masa üzərində tutduğu yerin sahə ölçülərini
olduğu kimi saxlayıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ