main-post-cover

    Məşhur fayl mübadiləsi servisi geri qayıdır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Megaupload servisinin təsisçisi Kim Dotcom öz Twitter səhifəsində bildirib ki, məşhur servisi geri dönüş gözləyir. Megaupload bağlandığı gündən düz 5 il sonra yenidən istifadəyə veriləcək. Qeyd edək ki, faylların mübadiləsi servisi Megaupload sözügedən servislər arasında dünyada ən böyüklərindən biri hesab olunurdu. Planetin internet trafikinin 4%-i Megaupload-a məxsus idi. Onun istifadəçi bazası 100 milyon insan idi. Servisdən gündəlik isə 50 milyon insan istifadə edirdi. 2012-ci ildə servis bağlandı. Formal səbəb kimi piratçılara şəraitin yaradılması idi. ABŞ höküməti 2015-cildə vəkillərə xərclənmiş külli miqdarda vəsaitə görə özünü müflis elan etmiş Kim Dotcom-un hələ də ekstradisiyasına (cinayətkarın təhvil verilməsi) nail olmağa çalışır. Dotcom bildirib ki, Megaupload 20 Yanvar 2017-ci il tarixində (bağlanışıdan 5 il sonra) yenidən qayıdacaq. Serverlər isə ABŞ-dan kənarda yerləşdiriləcək. Servisdə nə vaxtsa hesabları olmuş istifadəçilərə Dotcom bonusların (Premium status, sərhədsiz trafik və məlumatların saxlanması üçün 100 GB yer) olacağını bildirib. Bundan əlavə olaraq Megaupload mobil cihazlar ilə sinxronlaşdırılacaq və Bitcoin valyutası ilə ödənişləri  qəbul etmə funksiyasına sahib olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər